Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Fərhad Turanlı (26 dekabr 1960, Çiçəkli, Sabirabad rayonu) — tarix elmləri doktoru, professor, türkoloq, ukraynaşünas, "Kyiv-Mohilyanska Akademiyası" Milli Universitetinin Humanitar elmlər fakültəsinin Ümumi və Slav dilləri kafedrasının professoru.[1]. Eyni zamanda 2011–2012-ci dərs ilində İvano Franko adına Liviv Milli Universitetinin professor Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012–2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində yeni qurduğu şərqşünaslıq kafedrasının professoru və müdiri, 2019–2020-ci il dərs ilində isə Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təşəbbüsü ilə qurulan şərqşünaslıq kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib. Türkologiya, islamşünaslıq, ukraynaşünaslıq, beynəlxalq münasibətlər, politologiya mövzusunda bir sıra dərs proqramlarının müəllifidir.
Fərhad Turanlı | |
---|---|
Doğum tarixi | 26 dekabr 1960 (64 yaş) |
Doğum yeri | |
Elm sahələri | Tarix, dil, mədəniyyət, beynəlxalq münasibətlər |
Elmi dərəcəsi | Tarix elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | "Kyiv-Mohilyanska Akademiyası" Milli Universiteti |
Alma-mater | Vasili Stefanika adına Prikarpatski Milli Universiteti |
Təhsili | Vasili Stefanika adına Prikarpatski Milli Universiteti |
Tanınır | Türkoloq, ukraynaşünas, tarixçi alim |
Turanlı Fərhad Qardaşxan oğlu 1960-cı ildə Azərbaycanın Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuşdur, 1977-ci ildə isə Muğangəncəli orta məktəbini bitirib. 1977–1979-cu illərdə Bakı şəhərində yaşadı və əmək fəaliyyətinə başladı. 1979–1981-ci illərdə Ukraynanın Lviv və İvano-Frankivsk şəhərlərində hərbi xidmətdə olub. Hərbi xidməti başa çatdırdıqdan sonra bir müddət Ukrayna Daxili İşlər Nazirliyində, o cümlədən Pırikarpatiya Polis akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. 1986-cı ildə ailə həyatı qurmuşdur (bir övladı və bir nəvəsi var). Ukrayna vətəndaşı olan Fərhad Turanlı 1992-ci ildə Ukraynanın Vasil Stefanik adına İvano-Frankivsk Dövlət Pedagoji İnstitutunun Tarix fakültəsini bitirib. 1993–1996-cı illərdə Ukraynanın Pırikarpatiya Vasil Stefanik Milli Universitetinin aspiranturasında (Ukrayna) "Dünya tarixi" ixtisası üzrə oxuyaraq "Türk yazılı mənbələrinə görə XVII əsrdə Ukrayna Kazak Dövləti-Krım Xanlığı-Türk Osmanlı İmperatorluğu münasibətləri" mövzusunda elmi tədqiqat işləri aparmaqla bərabər, 1994–1996-cı (o cümlədən 2001-ci ilin oktyabr ayında) illərdə İstanbul Universitetinə dəvət olunaraq Osmanlı türkçəsi, ərəbcə, qədim əlyazmalar (paleoqrafiya), tarix, dinşünaslıq, mədəniyyət vs. elmləri üzrə xüsusi dərslər keçərək, elmi tədqiqat işlərini Türkiyənin arxiv və kitabxanalarında uğurla davam etdirimişdir. 1997-ci ildə Tarix elmləri namizədliyi üzrə elmi dərəcəyə nail olmaq üçün, Ukrayna Milli Elmlər Akademiyasının Mixaylo Qruşevski adına Qədim Əlyazmalar və Mənbəşünaslıq İnstitutunun xüsusi Elmi Şurasında dissertasiyasını müdafiə edib. 2003-cü ildə isə həmin institutun doktoranturasını bitirib. 2017-ci il oktyabr ayının 12-də də "Türk-Osmanlı yazılı mənbələrində XVI-XVIII əsrlərdə Kazak dönəmi Ukrayna tarixi" mövzusunda tarix elmlər doktorluğu disertasiyasını Ukrayna Təhsil və Elm Nazirliyi Taras Şevçenko adına Kiyev Milli Universitetinin xüsusi Elmi Şurasında müdafiə edərək, tarix elmlər doktorluğu dərəcəsinə nail oub. Hazırda, "XVI-XIX yüzillərədə Türk Osmanlı İmperiyası, Ukrayna Kazak Dövləti, Kırım Xanlığı və Şərqi Avropa dövlətləri arsındaki münasibətlər" mövzusunda elmi tədqiqatını davam etdirir. Fərhad Turanlı 45 ildir ki, qürbətdə yaşayır.
Fərhad Turanlı (h) 1997–2000-ci illərdə Ukraynanın Vasil Stefanik adına Pırikarpatiya Milli Universitetində elmi-pedaqoji fəaliyyət göstərib. 2002–2006-cı illərdə Taras Şevçenko adına Kyiv Milli Universiteti Filologiya İnstitutunun Türkolgiya kafedrasının dosenti vəzifəsində elmi-pedaqoji fəaliyyət göstərərək, bilavasitə bu universitetdə Avropada ilk dəfə olaraq açılan "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə dərsəlri tədris edərək, eyni zamanda "Türk İnformasiya və Araşdırma Mərkəzi"ni təşkil edib. 2006–2007 illərdə Beynəlxalq İdarəçilik Akademiyasının Averroes adına Ukrayna-Ərəb İnstitutunun Beynəlxalq əlaqələr kafedrasının dosenti vəzifəsində də çalışıb. 2007-ci ildən etibarən və hal-hazırda 1615-ci ildə təsis olunan, o cümlədən Amerika və Avropada tanınan "Kyiv-Mohılyanska Akademiysı" Milli Universitetinin Humanitar Elmlər fakültəsində, eyni zamanda 2019–2020-ci illərdə Ukrayna Milli Aviasya Universiteti Beynəlxalq Əlaqələr Fakültəsinində təşəbbüsü ilə qurulan şərqsünaslıq kafedrasının müdiri vəzifəsində elmi-pedaqoji fəaliyyət göstərib. Eyni zamanda 2011–2012-ci dərs ilində İvano Franko adına Liviv Milli Universitetinin Yaroslav Daşkeviç adına şərqşünaslıq kafedrasının müdiri vəzifəsində işləyib; 2012–2014-cü illərdə Beynəlxalq Ukrayna Universitetində yeni qurduğu şərqşünaslıq kafedrasının professoru və müdiri vəzifəsində də fəaliyyət göstərib. Türkologiya, islamşünaslıq, ukraynaşünaslıq, beynəlxalq münasibətlər, politologiya mövzusunda bir sıra dərs proqramlarının müəllifidir. Ukraynada və xarici ölkələrdə nəşr olunan 200 artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir (bir sıra əsərləri burada qeydlidir: http://ekmair.ukma.edu.ua/discover). 30 ildir ki, elmi-pdagoji fəaliyyət göstərməkdədir.
Prof. Dr. Volodımir Grabovetskıy, Prof. Dr. Omelyan Pritsak, Prof. Dr. Müzəffər Ürəkli, Prof. Dr. Yaroslav Daşkeviç, Prof. Dr. Yaroslav Kalakura
Ukraynada siyasi fəaliyyətlə də məşğul olan Fərhad Turanlı 2006–2008 illərdə Ukrayna Ali Radasının millət vəkilləri Gennadiy Udovenkonun, 2014-cü ildə isə Liliya Qırineviçin köməkci və məsləhətçisi olaraq da fəaliyyət göstərmişdir.
1988-ci ildən başlayraq Ukraynada diaspora hərəkatının rəsmi qurucularından və iştirakçılarından biridir. Ukrayna Azərbaycanlılar Konqresinin təsisçilərindən biridir. Kyiv şəhərində təsis etdiyi "Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının" rəhbəridir.[2]
Fərhad Turanlı (h) bütün bu fəaliyyətlərinə görə "Ukraynada Şərqşünaslıq elminin inkişafında xüsusi əməyinə görə" (2002), "Kyiv-Mohılyanska Akademiysı" Milli Universitetinində şərqşünaslıq elminin inkişafında xüsusi əməyinə görə" (2008) mükafatlarla təltif olunub. Eyni zamanda 2010-cu ildə Ukrayna Dini və Milli münasibətlər Dövlət Komitəsinin, Ukrayna Milli Yazarlar Birliyinin mükafatları ilə də təltif olunub. Qeyd edək ki, Fərhad Turanlı 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə də təltif edilib.[3][4].
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |