Çıonqşon

Çıonqşon[1][2][3] dağları[4] və ya silsiləsi[5] (laos ພູຫລວງ, vyet. Dãy núi Trường Sơn) və ya Annam dağları[6] (fr. Chaîne annamitique) — Hind-Çin yarımadasının şərqində, VyetnamLaosda yayla. Uzunluğu 1300 kilometr, hündürlüyü 2,711 metrədəkdir. Əsasən qranitlərdən və qədim çökmə süxurlardan ibarətdir. Şimalında əhəngdaşılardır (karst inkişaf etmişdir). Qərb və cənubunu bazalt lavasından ibarət geniş plato tutur. Şimal yamacları Cənubi Çin dənizinə dik, qərb yamacları Mekonq çayı dərəsinə pillələrlə düşür. Şimal yamaclarında rütubətli tropik və iynəyarpaqlı meşələr, qərb yamaclarında yarpağıtökülən nadir ağaclar və savanna tipli bitkilər yayılmışdır.[7]

Çıonqşon
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2.819 m
Uzunluğu
  • 1.100 km
Eni 130 km
Yaranma dövrü Trias dövrü
Yerləşməsi
18°35′24″ şm. e. 103°48′00″ ş. u.HGYO
Ölkə
Çıonqşon xəritədə
Çıonqşon
Çıonqşon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. "Hind-Çin yarımadası". portal.azertag.az. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-04.
  2. Чыонгшо́н // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
  3. Чыонгшо́н // Словарь географических названий зарубежных стран / отв. ред. А. М. Комков. — 3-е изд., перераб. и доп. — М. : Недра, 1986. — С. 431.
  4. Гвоздецкий, Николай Андреевич, Голубчиков, Юрий Николаевич. Горы (50 000 nüs.). М.: «Мысль ». 1987. 290.
  5. Лист карты D-48-VI. Масштаб: 1 : 200 000. Указать дату выпуска/состояния местности.
  6. Лаос. Тәбиәт // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 154.
  7. ÇIONQŞON // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. 608 səh. ISBN 978-9952-441-11-6.