Çəhrayı həyat

Çəhrayı həyat (fr. La Vie en rose) – Fransada "La Môme" adıyla satışa çıxarılmış (La Môme ifadəsi fransızca "Balaca quşcığaz" anlamına gəlir ki, bu da Edit Piafın ilk dövrlərdə tanındığı ad olmuşdur.) KanadaFransa istehsalı olan və məşhur müğənni Edit Piafın həyatından bəhs edən, ssenari müəllifi və rejissoru Olivier Dahan olan bioqrafik film. Filmin adı Edit Piafın vaxtilə daşıdığı ləqəbdən götürülmüşdür. Filmdə Edit Piaf rolunu, bu roldan sonra məşhurlaşmış Marion Kotillard canlandırmışdır. Film Ən Yaxşı Aktrisa nominasiyası da daxil olmaqla beş nominasiyada Sezar mükafatı əldə etmişdir. Eyni zamanda Kotillard oynadığı rola görə Oskar mükafatı əldə edərək ilk dəfə Oskar mükafatının fransız dilli rola görə verilməsinə səbəb olmuşdur. O, eyni zamanda, ilk fransız aktrisası olmuşdur ki, xarici dildə komediya və ya müzikl kateqoriyasında Qızıl Qlobus mükafatı əldə etmişdir. Film eyni zamanda birdən çox Oskar mükafatı qazanan ilk fransız filmi olmuşdur.

Çəhrayı həyat
La Vie en rose
Janr bioqrafiya, drama
Əsas mövzu Edit Piaf[1], məşhur şəxs[1]
Rejissor Olivier Dahan
Prodüser Alain Goldman
Ssenari müəllifləri Isabelle Sobelman
Olivier Dahan
Baş rollarda Marion Cotillard
Jerar Depardye
Sylvie Testud
Operator Tetsuo Nagata
Bəstəkarlar Christopher Gunning
Edit Piaf
İstehsalçı Légende Films
İlk baxış tarixi 8 fevral, 2007 (Berlin Film festivalı)
14 fevral, 2007 (Fransa)
Filmin digər adı La Mome
Müddət 140 dəq
Büdcə $25 milyon
Gəlir $86,274,793
Ölkələr Fransa Fransa
Kanada Kanada
Dillər Fransız dili
İngilis dili
Rəng rəngli
Çəkiliş yeri Çexiya, Praqa
IMDb ID0450188
Mükafatları Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film məşhur müğənni Edit Piafın həyatından bəhs edir. Filmin ilk səhnələrində Piaf səhnədə oxuyan vəziyyətdə təsvir edilir. Lakin birdən o başgicəllənməsi keçirir və yerə yıxılır, kütlə arasında çaxnaşma baş verir. Daha sonra Piafın həyatı uşaqlıq dövründən etibarən nəql edilməyə başlayır. İlk öncə azyaşlı Edit küçədə ağlayan vəziyyətdə görünür. Onun anası isə küçədə mahnı ifa edərək pul qazanmağa çalışırdı. Lakin bundan bir nəticə hasil olmayacağını görən anası Editin müharibədə olan atasına məktub yazaraq artıq uşağı saxlaya bilmədiyini və əxlaqsızlıqla məşğul olmaq fikrində olduğunu bildirir. Editin atası döyüşdən qayıdarkən balaca qızının ölüm yatağında yatdığının şahidi olur və onu xəstəxanaya apararaq həyatını xilas edir. Lakin bundan sonra balaca Edit anasından ayrılır. Sirkdə işləyən atası ilə birgə Fransanı dolaşmağa başlayır. Lakin bir müddət sonra atası sirkdən ayrılır və küçədə təkbaşına hoqqabazlıq etməklə məşğul olur. Bu zaman balaca Edit ilk dəfə kütlə qarşısında mahnı ifa etməyə başlayır. Balaca Edit bu zaman yuxusunda Müqəddəs Terezanı görür və o yalnız qaldığı zaman hər zaman onunla olacağını, çətinə düşdüyü zaman dua etməsini bildirir. Edit Piaf ömrünün sonuna kimi çətinə düşdüyü zaman Müqəddəs Terezaya dua edir. Növbəti səhnədə isə artıq yeniyetmə yaşına çatmış Editin rəfiqəsi və Momona ilə birgə küçədə ifa edərək pul qazanması göstərilir. Bu dövrdə kafelərindən birində rəfiqəsi ilə nahar edərkən təsadüfən artıq dilənçi vəziyyətinə düşmüş anası ilə rastlaşır. Anası ona yaxınlaşaraq pul verməsini xahiş edərkən Edit uşaq vaxtı onu atdığına görə anasını yanından qovur. Növbəti dəfə küçədə mahnı ifa edərkən o Parisin məşhur restornlarından birinin sahibi olan Lui Leple (Jerar Depardye) ilə tanış olur. Lui ona küçədə ifa etməklə səsini xarab etdiyini və onun yanına gəlməsini söyləyir. Edit rəfiqəsi Mamona ilə birgə Luinin restoranına gedir və bir qədər hazırlıqan sonra burada ifa etməyə başlayır və qonaqlar tərəfindən çox yaxşı qəbul edilir. Tezliklə onun – "Balaca Edit"in şöhrəti bütün Parisə yayılır və müxtəlif insanlar sırf Editin ifasına qulaq asmaq üçün restorana axın etməyə başlayır. Bu isə həm restorana, həm də Editə yaxşı maddi gəlir gətirir. İnsanlar ona hörmət etməyə başlayırlar. Yeni il gecəsi şənliyində isə Editi məşhur musiqiçi Raymondla tanış edirlər.

Lakin tezliklə Editin həyatının çətin günləri başlayır. Onun hamisi olan Lui öz evində qətlə yetirilir. İnsanlar bunun səbəbkarı kimi Editi günahlandırırlar. Restoranda ifa etmək cəhdlərinin qarşısı dəfələrlə alınır, insanlar onun ifasını qatil qışqırıqları ilə kəsirlər. Bir neçə günün içində insanların böyük sevgisinin böyük nifrətə çevirilməsi Editə pis təsir edir və o depresiyaya düşür. Fransada qala bilməyəcəyini anlayan Edit ölkəni tərk edərək ABŞ-yə üz tutur. Burada da onun səsi çox sevilir və Edit Nyu-Yorkda tezliklə məşhurlaşır. Lakin Edit ABŞ-də avtomobil qəzası keçirir və bu onun sənətinə mənfi təsir göstərir. Qəzadan sonra Edit vaxtilə tanış olduğu peşəkar musiqiçi Raymonddan peşəkar musiqçi təhsili almağa başlayır. Bu isə onun öz sənətinə daha ciddi yanaşmasını əsaslandırır. Bir-birinin ardınca ABŞ-də möhtəşəm konsertlər keçirilir. Məşhur qəzet və jurnallar onun haqqında yazmağa başlayır. Nyu-Yorkda Edit peşəkar boksçu Marsel Serdanla tanış olur və Marselin ailəli olmasına baxmayaraq, onların arasında eşq macərası başlanır. Bu münasibətlər uzun müddət davam etsə də, heç vaxt rəsmiləşdirilmir. Bir müddət sonra Marsel Frnaya – ailəsinin yanına qayıdır. Onun həsrətinə çox dözməyən Edit Piaf məktub yazaraq Marseldən onun yanına gəlməsini xahiş edir. Marsel bir günlük Nyu-Yorka – Edit Piafı görməyə gəlir. Lakin axşam geri dönərkən təyyarə qəzası nəticəsində həlak olur. Bu hadisə Editin həyatını dəyişir. O, psixi sarsıntı keçirir və uzun müddət tibbi yardım almalı olur.

Tibbi yardımdan sonra bir qədər özünə gələn Edit Piaf dostlarıyla birgə səyahətə çıxaraq ABŞ-ni gəzir. Bu dövrdə artıq o çox qocalmışdı. Ömrünün son dövrlərini o Franada keçirir və 1963–cü ildə Fransada xəstə yatağında yatarkən bütün həyatını xatırlayır. Film Edit Piafın səhnədə öz həyatını əks etdirən möhtəşəm mahnı ifa etməsi ilə başa çatır.

  • Marion KotillardEdit Piaf
  • Jerar Depardye – Luis Leple
  • Sylvie Testud – Momona (Simone Berteaut)
  • Jean-Pierre Martins – Marsel Serdan
  • Emanuel Sayner – Titine
  • Pascal Greggory – Luis Barrier
  • Ketrin Allegret – Luis Qassion
  • Jan-Pol Ruve – Luis Qassion
  • Kotilda Koura – Anetta Qassion
  • Marie-Armelle Deguy – Marqaritte Monnot
  • Mark Barbi – Raymond Asso
  • Karolin Raynaud – Ginou
  • Pavlina Nemçova – Amerikalı jurnalist

Filmdə dörd mahnı bütünlüklə təqlidçi ifaçı Cil Eyqrot tərəfindən ifa edilmişdir: "Mon Homme" (My Man), "Les Mômes de la Cloche" (The kids of the bell), "Mon Légionnaire" (My legionary), "Les Hiboux" (Owls) eyni zamanda "L'Accordéoniste" (The accordionist) mahnısının dördüncü misrası və xor ifası və "Padam Padam" mahnısının xor ifası. Lakin son iki mahnının qısa fraqmentləri filmdə istifadə edilmişdir. Çünki həmin mahnılar Piaf/Kotillard səhnədə yıxılarkən ifa olunmuş mahnılardır. Ayrıca Marselyeza (dodaq sinxronizasiyasını filmdə balaça Edit rolunu canlandıran Paulin Burlet yerinə yetirmişdir) və Mistinguettin "Mon Homme" (My Man) və "Il m'a vu nue" (He saw me naked) (digər hissəsini Emmanuel Singer ifa edib) mahnılarında da bir hissəni uşaq ifaçı Kassandra Berger yerinə yetirmişdir. Eyni zamanda filmdə Piafın səsyazmalarından da istifadə edilmişdir.

Filmin premyerası Berlin Film Festivalında həyata keçirilmişdir.

Filmin kinoteatrlardan gəliri 81,945,871 ABŞ dolları, dünya gəliri $10,072,300, ABŞ və Kanadadan gəliri isə $71,873,571 olmuşdur.[2] Fransız dilli ölkələrdə – Əlcəzair, Monako, MərakeşTunisdən isə filmin əldə etdiyi gəlir ümumilikdə $42,014,775 olmuşdur.[3]

Film ABŞ-də üçüncü ən çox satılan fransız dilli film olmuşdur (AmeliCanavar qardaşlığı filmlərindən sonra).[4]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Film tənqidçilər tərəfindən əsasən müsbət qiymətləndirilmişdir. Tənqidçilərin baş rolun ifaçısı Marion Kotillardın rolunu həyatsevər və dərin emosiyalı kimi dəyərləndirmələri, yekunda özünü doğrultmuş və o, Baş Rolda Ən Yaxşı Qadın Aktrisa nominasiyasında Oskar mükafatı almışdır. "The New York Times"dan tənqidçi A. O Skott Kotillardın ifasının şəxsən ona təsir etdiyini bildirərək yazır: "Xanım Kotillardın rola ciddi və qəddarcasına yanaşmasına heyran olmamaq mümkün deyil".[5] "Los Angeles Times"dan Karino Çokano isə bildirir ki, "Marion Kotillardın mürəkkəb müğənni texnikaları, virtuoz və emosional çıxışların öhdəsindən gəlməsi heyrətləndiricidir." "Arizona Republic"dən Riçard Nilsen isə həvəslə yazır: "Başqa heç kimə. Oskarı Marion Kotillarda verin. Bütün il ərzində onun "Çəhrayı Həyat" filmində canlandırdığı Edit Piaf rolu ən heyrətləndirici ifadır." [6]

  • Oskar mükafatı – Baş Rolda Ən Yaxşı Qadın İfaçı nominaiyası.
  • Oskar mükafatı – Ən yaxşı qrim
  • Qızıl Qlobus mükafatı – Myuzikl və ya komediyada Baş Rolda Ən Yaxşı Qadın İfaçı nominaiyası.
  • Priks Lumier mekafatı – Ən yaxşı aktrisa nominasiyası.
  • The Golden Space Needle Award – Baş Rolda Ən Yaxşı Qadın İfaçı nominaiyası.
  • BAFTA mükafatı – Baş Rolda Ən Yaxşı Qadın İfaçı nominaiyası.
  • BAFTA mükafatı – Ən yaxşı qrim
  • BAFTA mükafatı – Ən yaxşı paltar dizaynı
  • BAFTA mükafatı – Ən yaxşı film musiqisi
  • Sezar mükafatı – Baş Rolda Ən Yaxşı Qadın İfaçı nominaiyası.
  • Sezar mükafatı – Ən yaxşı bədii tərtibat (Olivier Raoux).
  • Sezar mükafatı – Ən yaxşı film operatoru (Tetsuo Nagata).
  • Sezar mükafatı – Ən yaxşı səsləndirmə (Laurent Zeilig, Pascal Villard, Marc Doisne and Jean-Paul Hurier).
  • Sezar mükafatı – Ən yaxşı paltar dizaynı (Marit Allen)
  • Sezar mükafatı – Ən yaxşı film
  • Sezar mükafatı – Ən yaxşı rejissor
  • Sezar mükafatı – Ən yaxşı ssenari
  • Sezar mükafatı – II dərəcəli rolda ən yaxşı aktyor
  • Sezar mükafatı – II dərəcəli rolda ən yaxşı aktrisa
  • Sezar mükafatı – Ən yaxşı montaj işi
  • Çex Aslanı mükafatı – Baş Rolda Ən Yaxşı Qadın İfaçı nominaiyası.
  • BAFTA mükafatı – İngilis dilində olmayan ən yaxşı film
  • Oskar mükafatı – Ən yaxşı paltar dizaynı
  • Satellit mükafatı – Ən yaxşı montaj işi
  • Ivor Novello mükafatı – Ən original film ssenarisi
  1. 1 2 europeanfilmawards.eu.
  2. "La Vie en rose (2007)". Box Office Mojo. 22 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2008.
  3. "La Vie en rose (2007) – International Box Office Results". Box Office Mojo. 22 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2008.
  4. "Box Office Mojo Foreign Language". 2010-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-30.
  5. "La Vie en rose: A French Songbird’s Life, in Chronological Disorder Arxivləşdirilib 2012-08-06 at the Wayback Machine". The New York Times. 8 June 2007. Retrieved 27 February 2008.
  6. "La Vie en rose – Rotten Tomatoes". Rotten Tomatoes. 30 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2008.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]