Çək-çək (başq. cək-cək, tatar. çək-çək, qaz. şak-şak və ya şek-şek) — xəmirdən və baldan hazırlanan qida. Türk xalqlarına məxsus milli yemək. Daha çox başqırd, tatar və qazaxlar istifadə edir.
Çək-çək buğda unundan hazırlanmış yumşaq xəmirdən və çiy yumurtadan hazırlanır. Xəmir nə qədər yumşaq olsa çək-çək o qədər yumşaq və havalı olacaq.[1] Yumurta ilə yoğrulmuş xəmirdən vermişili xatırladan qısa və nazik çubuqlar və ya kiçik qoz ölçüsündə şarlar düzəldilir. Daha sonra qazanda qızardılır və üzərinə qaynar bal qarışığı tökülür.
Çək-çəkə xüsusi forma verilir (əsasən dağ forması). Soyuduqdan sonra istifadəyə verilir. Bəzən üzərinə bal süzməklə yanaşı meyvə quruları da əlavə edilir. Çək-çəki qozla və ya müxtəlif şirniyyatlarla bəzəyirlər.
Tacikistan və ya buxara kalevesi, əriştə formasında olur. Qazaxıstanda — şek-şek adlanır. Başqırd və tatar çək-çəkləri də fərqli olur. Tatar çək-çəki kiçik ölçülü olub (diametri 2–3 mm, uzunluğu 2-3 sm) qovucuq formasında olur. Baqırdlar isə daha iri hazırlayırlar – diametri 1 sm, uzunluğu 3-5 sm olur. Bəzi yerlərdə çək-çəkə bal əvəzinə şəkər şərbəti əlavə olunur. Adətən belə çək-çək baursak və ya toş adlanır. Laklarda çək-çək bal və qoz qarışığından hazırlanır. Lakların çək-çəki öz tarixini dağlıq Kuma kəndindən götürmüş. Kabardınlərdə isə çək-çək zıçer-ıs adlanır. Kumuklarda çək-çək ilav-qaliva (halva) adlanır.
Dünyada ən böyük çək-çək Kazanda, 2018 FİFA Dünya Kuboku zamanı hazırlanmış. Forması yarım futbol topu formasında olan bu çək-çəkin diametri 2,6 metr, hündürlüyü isə 2 metr olmuş. Qeydə alınmış çəki 4026 kq olmuş.[2] İkinci ən böyük çək-çək 2016-cı ilin fevralında Başqırdıstanda hazırlanmış. Çək-çəkin çəkisi 1143,5 kq olmuş.[3]
Çək-şək — desert qida hesab olunur. Çay və kofe ilə yeyilir. Bütöv və ya doğranmış formada istifadə olunur. Çək-çəkin saxlanılma müddəti - 90 gündür. Diabet və allergiyadan əziyyət çəkənlərin istifadə etməsi məsləhət deyil.