ÇXU

Çin Renmin Universiteti (ing. Renmin University of China (RUC); sadələşdirilmiş Çin dilində: 中国 人民 大学; ənənəvi Çin: 中国 人民 大学; pinyin: Zhōngguó Renmin Dàxué), həmçinin Çin Xalq Universiteti kimi də tanınır.[1]Çinin paytaxtı Pekin şəhərinin Haidian rayonunda yerləşən əsas tədqiqat universitetidir. Onun kampus qonşuları Pekin UniversitetiTsinxua Universitetidir.

Çin Renmin Universiteti
人大
Xəritə
39°58′13″ şm. e. 116°19′04″ ş. u.
Əsası qoyulub 1937
Tip Dövlət
Rektor Ji Baocheng
Tələbə sayı 18 998 (2006-cı il)
Şəhər Pekin
Ölkə
Ünvan Zhongguancun str. 59 Haidian rayonu, Pekin
Sayt ruc.edu.cn
ruc.edu.cn/en
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mingde Kompleksi

Universitetin sələfi Shan Bei İctimai məktəbi olmuşdur (陕北 公 学), İkinci Çin-Yapon müharibəsi zamanı 1937-ci ildə yaradılmışdır. Sonradan Şimali Çin Birləşmiş Universiteti və Şimali Çin Universiteti adlandırıldı. Çin Renmin Universiteti rəsmən 1950-ci ildə yaradılmışdır, Çin Xalq Respublikasının ilk Xalq Universiteti olmuşdur.[2] Wu Yuzhang, Cheng Fangwu, Guo Yingqiu, Yuan Baohua, Huang Da və Li Wenhai uğurla rektor vəzifəsini yerinə yetirmişdilər. Hal-hazırda universitetin rektoru gorkəmli iqtisadçı və elm xadimi Ji Baochengdır.

Çin Renmin Universiteti

Hal-hazırda Renmin Universiteti 23 məktəb, 13 elmi-tədqiqat institutu və Graduate School-dan ibarətdir, bakalavr üçün 60 ixtisas, ikinci bakalavr dərəcəsi üçün 8 ixtisas, magistr dərəcəsi üçün 92 ixtisas və doktorluq namizədləri üçün 140 ixtisas tələbələrə təklif olunur.[2]

Çində reytinqi

[redaktə | mənbəni redaktə et]

Renmin Universiteti humanitar və sosial elmlər üzrə ixtisaslaşmış, Çinin ən nüfuzlu ali təhsil ocaqlarəndan biridir. Renmin Universiteti Çinin inkişafında rolu olan bir çox nüfuzlu siyasi xadim və görkəmli hüquq, iqtisadiyyat, jurnalistika alimləri yetişdirmişdir. Renmin Universiteti sosial elmləri üzrə Çinin 3 ən nüfuzlu universitetindən biridir.

Renmin Universitetinin "Hüquqşünaslıq" və "Jurnalistika" fakültələri səviyyəsiylə xüsusilə seçilirlər. Renmin Universitetinin "Hüquqşünaslıq" fakültləsi reytinqinə görə Çində birinci yerdədir.

Çin Renmin Universiteti humanitar və sosial elmləri üzrə Çinin ən aparıcı universitetlərindən biridir. Burda həmçinin nəzəri iqtisadiyyat, tətbiqi İqtisadiyyat, hüquqi araşdırmalar, sosiologiya, jurnalistika və beynəlxalq əlaqələr fakültələri ölkə tərəfindən yüksək qiymətləndirilir.

Həmçinin Renmin Universiteti:

  • 25 əsas milli fənnə (National Key Discipline), Çində nömrə 5;
  • 13 milli humanitar və sosial elmləri tədqiqat bazasına, Çində nömrə 1;
  • 6 milli tədris və fundamental incəsənət fənlərinə malikdir; Çində nömrə 1.

Universitetin kitabxanasında 2.5 milyon kitab var. Bu kitabxana Çinin Təhsil Nazirliyi tərəfindən İncəsənət Ədəbiyyatinın İnformasiya Mərkəzi kimi tanınır.

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

Renmin Universiteti 32 ölkə və regionların, 125 universitet və tədqiqat müəssisələri ilə əlaqə qurubdur ki, bu da ona Çin və xarici ölkələr arasında elmi və mədəni əlaqə mərkəzi olmağa imkan verir. Bir çox məşhur alimlər burda mühazirələr veriblər, həmçinin İqtisadiyyat üzrə Nobel mükafatçıları Robert Mundell, Joseph E. Stiglitz, Michael Spence, Con Forbes Nash, Edmund S. Phelps və Reinhard Selten Renmin Universitetində xüsusi seminarlarla çıxış etmişlər.[2]

Xarici tələbələri

[redaktə | mənbəni redaktə et]

Renmin Universitetində 1200 yaxın xarici tələbə təhsil alır, bunlardan əksəriyyəti Cənubi Koreyalılardır.

Fəxri professorları

[redaktə | mənbəni redaktə et]

2015-ci ildə İlham Əliyevə universitetin fəxri professor diplomu verilmişdir.[3]

  1. "English.ruc.edu.cn – General information". 2011-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-27.
  2. 1 2 3 "English.ruc.edu.cn – General information". 2011-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-27.
  3. "Çinin Renmin Universitetində İlham Əliyevin nitqi". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (az.). president.az. 11 dekabr 2015. 2017-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]