Çalış, nəfəs alma — Rejissor Alina Abdullayevanın çəkdiyi Azərbaycan filmi.[1]
Çalış, nəfəs alma | |
---|---|
Janr | dram |
Rejissor | Alina Abdullayeva |
Ssenari müəllifi | Alina Abdullayeva |
Baş rollarda |
Fəxrəddin Manafov Dilarə Kazımova |
Operator | Rövşən Quliyev |
Bəstəkarlar |
Əli Həsənzadə Törə Ağabəyova |
Rəssamlar |
Mustafa Mustafayev Rəşad Ələkbərov |
İstehsalçılar |
Swiss Agency for Development and Cooperation (SDC) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Dərviş Prodüser Mərkəzi |
İlk baxış tarixi | 2006 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 15 dəq. |
Ölkələr |
Azərbaycan İsveçrə |
Dil | Azərbaycan dili |
İl | 2006 |
Texniki məlumatlar | 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Filmdə iki qəhrəman var — bir qədər yaşlı kişi və cavan qız. Kişi astma xəstəliyinə tutulub, nəfəs almaqda böyük problemləri var. Qız isə gənc, gözəldir, həyatda sevinmək üçün hər şeyi var. Ancaq o… nəfəsini saxlayır, özünü sevdiyi insan kimi hiss edib, ona kömək edə bilmək üçün… Və hər ikisi paradoksal və eyni zamanda təhlükəli oyun oynayırlar — kim daha çox nəfəsini saxlayacaq. Onlar dərindən nəfəs alıb donurlar.
Filmdə əsas məqsədlərdən biri fikri təsvir dili ilə tamaşaçılara çatdırmaqdır. Buna görə də filmdə dialoqlardan çox az istifadə olunub.
Film İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin "Avanti" proqramı və Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına çəkilib.
Filmin büdcəsi 20 min manat təşkil edib.
Film Avanti layihəsi çərçivəsində dövlət tərəfindən dəstəklənən ilk layihədir.
Dərviş Prodüser Mərkəzi bu filmin çəkilişləri zamanı təsis edilib. Film "Dərviş" Prodüser Mərkəzinin ilk işidir.