Nizami Səfərov (30 noyabr 1960, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020), Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.[1]
Nizami Səfərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Nizami Səfərov |
Doğum tarixi | 30 noyabr 1960 (64 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Nizami Səfərov 1960-cı il noyabrın 30-da Bakı şəhərində doğulub. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini "fərqlənmə" diplomu ilə bitirib. 1985–1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin aspiranturasını bitirərək, hüquq elmləri namizədi elmi dərəcəsini alıb. 2005–2007-ci illərdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq münasibətlər İnstitutunun (MGİMO – Universitet) doktoranturasını bitirərək, hüquq elmləri doktoru elmi dərəcəsini alıb. Ailəlidir.
Nizami Səfərov müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquq kadrlarını təkmilləşdirmə institutunda prorektor, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı şöbəsinin rəisi, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Konstitusiya qanunvericiliyi şöbəsində müdir müavini vəzifələrində çalışıb.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq münasibətlər İnstitutunun (MGİMO – Universitet) dərc etdiyi "Moskva beynəlxalq hüququ jurnalının" (Московский журнал международного права" redaksiya hüyətinin üzvüdür.[2]
2003-cü ildən hal-hazıradək Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq münasibətlər İnstitutunun (MGİMO – Universitet) və O. E. Kutafin adına Moskva Hüquq Universitetinin dəvət olunmuş professorudur və beynəlxalq hüquq fənni üzrə mühazirələrlə cıxış edir. Müxtəlif dövrlərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində beynəlxalq hüquq fənnini tədris edib.
Beynəlxalq Cinayət Məhkəməsinin problemləri üzrə Roma tədqiqat qrupunun üzvü, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Terrorçuluqla mübarizə problemi üzrə xüsusi məruzəçisidir.
Qardaşı Niyazi Səfərov 2022-ci ilədək Azərbaycan iqtisadiyyat nazirinin müavini olmuşdur.[3]
Nizami Səfərov 18 avqust 1995-ci ildə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.[4] 1998-ci ildə o, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri təyin edilib.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[5]
"Экстрадиция в международном уголовном праве: проблемы теории и практики" — Москва: Волтерс Клувер, 2005 — (Beynəlxalq cinayət hüququnda ekstradisiya: nəzəri və praktiki problemlək) (Moskva: Volters Kluver тəşriyatı, 2005);
"Европейский ордер на арест: право и практика" (Москва: НОРМА, 2018) — "Avropa Həbs Orderi: Hüquq və Praktika" (Moskva: NORMA nəşriyyatı, 2018). Nizami Səfərov həmçinin Bakıda dərc edilən "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikasın Qanununun Kommentariyası" (Bakı, 2001), "Проблемы обеспечения совместимости Римского статута Международного уголовного суда и национальных правовых систем (Баку, 2002) — "Beynəlxalq Cinayət Məhkəməsinin Statutu və milli hüququ sistemləri: uyğunluğun təmin edilməsi problemləri" (Baki, 2001). Nizami Səfərov beynəlxalq cinayət hüququ, beynəlxalq hümanitar hüququ problemlərinə həsr edilmış və xarici ölrələrdə dərc olunan 100-ə yaxın elmi məqalələrin müəllifidir.
Böyük Britaniyanın Oksford Universiteti tərəfindən dərc edilən "The Rome Statute of International Criminal Court: A Commentary" (William Schabas, Oxford University Press, 2010) və eyni adlı kitabın 2016-cı ildə işıq üzü qörmüş nəşrləridir.