Çaldıran döyüşü (roman)

Çaldıran döyüşüFərman Kərimzadənin 1984-85-ci illərdə yazdığı tarixi roman[1].

Çaldıran döyüşü
Romanın 2016-cı il nəşrinin üz qabığı
Romanın 2016-cı il nəşrinin üz qabığı
Müəllif Fərman Kərimzadə
Janr Roman
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan Azərbaycan SSR
Orijinalın nəşr ili 1987
Nəşriyyat Bakı Kitab Klubu (2016)
Səhifə 368 (2016)
Tiraj 100
Əvvəlki Xudafərin körpüsü
ISBN ISBN 978-9952-8278-7-3

Əsərin adı 1514-cü ildə Səfəvilərlə Osmanlılar arasında baş vermiş Çaldıran döyüşündən götürülmüşdür.[2]

Müəllifin ən məşhur əsərlərindən hesab olunur.[3]

"Xudafərin körpüsü" dilogiyasının 2-ci və sonuncu hissəsidir.[4]

Roman görkəmli dövlət xadimi, sərkərdə və şair, ulu tariximizdə xüsusi yeri olan Şah İsmayıl Xətainin həyatından, çoxcəhətli ictimai fəaliyyətindən bəhs edən "Xudafərin körpüsü" dilogiyasının ikinci hissəsidir. Siyasət meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın əsas mövzusudur.

Kitab ilk dəfə 1987-ci ildə "Yazıçı" nəşriyyatında Kiril qrafikalı Azərbaycan əlifbası ilə çap edilib.

Latın qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə Fərman Kərimzadənin qızı Qəmər Kərimzadənin təşəbbüsü və şəxsi vəsaiti hesabına 2003-cü ildə müəllifin 5 cildlik Seçilmiş əsərlərinin 2-ci cildi kimi Bakıda, “Ağrıdağ” nəşriyyatında, 328 səhifədə, 1000 tirajla nəşr edilib.[5]

Roman 2016-cı ildə Bakı Kitab Klubunda 368 səhifədə, 100 tirajla çap olunmuşdur.[6]

2020-ci ildə Bakıda, "Qanun" nəşriyyatında 400 səhifədə təkrar nəşr edilmişdir.[7]

"Şərq" qəzetindəki "Yazıçı, şəxsiyyət..." adlı məqalədə Şah İsmayıl haqqında tutarlı bir əsər olan bu dilogiyanın özünün kino təcəssümünü gözlədiyi qeyd edilib.[8]

Filologiya elmləri doktoru Vaqif Yusifli "Dilimiz varlığımız" saytındakı "Hanı Fərmanın, dağlar?" başlıqlı məqaləsində bu dilogiyanın tarixi hadisələrə və tarixi şəxsiyyətlərə utilitar baxışdan çox uzaq olduğunu yazır.[9]

Əntiqə Rəşid "Ədalət" qəzetindəki "52 illik ömrün keşməkeşləri" başlıqlı məqaləsində dilogiyanın yüksək ideya-estetik keyfiyyətləri, güclü ictimai-siyasi məziyyətləri ilə yanaşı, quruluş, dil xüsusiyyətləri ilə də diqqəti çəkdiyini bildirib.[10]

  1. Tarixi romanlar müəllifi: Fərman Kərimzadə. metodik vəsait / tərt.ed.: R.Məmmədli; ix. red. və burax. məsul: Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2022. səh. 18
  2. S.Vurğun adına Mərkəzi Kitabxananın Metodika-biblioqrafiya şöbəsi. Metodik vəsait. Sumqayıt – 2017. səh. 3
  3. "Fərman Kərimzadənin 80 illiyi ilə əlaqədar tədbir təşkil olunub". www.medeniyyet.az (ingilis). 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-28.
  4. Qəzənfər Kazımov. "Ağlın və qəhrəmanlığın vəhdəti haqqında roman. Fərman Kərimzadə. Seçilmiş əsərləri. 5 cilddə. 2-ci cild. Bakı. "Ağrıdağ". 2003. səh. 313
  5. Kərimzadə Fərman. Seçilmiş əsərləri, 5 cilddə, 2-ci cild, Çaldıran döyüşü (roman), B., "Ağrıdağ", 2003, 328 s.
  6. "Çaldıran döyüşü (3-cü nəşr)" (az.)). kitabklubu.org. 2017-07-01 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
  7. "Çaldıran döyüşü - Fərman Kərimzadə". www.qanun.az (az.). 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-27.
  8. "Yazıçı, şəxsiyyət..." Şərq (qəzet). 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-28.
  9. Vaqif Yusifli. "HANI FƏRMANIN, DAĞLAR?". Dilmiz Varlığımız (az.). 2021-03-03. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-28.
  10. "52 illik ömrün keşməkeşləri:Yazıçı Fərman Kərimzadə..." adalet.az (az.). 1970-01-01. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]