Çarıqçı Bahadır

Çarıqçı Bahadır (təq. 1870, Şuşa1930, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.

Çarıqçı Bahadır
Ümumi məlumatlar
Doğum tarixi təq. 1870
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 1930
Vəfat yeri Şuşa, DQMV, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-xanəndə
Fəaliyyət illəri 1900–1930
Janrlar muğam, xalq mahnısı
Musiqi aləti qaval

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Çarıqçı Bahadır təqribən 1870-ci ildə Şuşa şəhərində yerləşən Saatlı məhəlləsində anadan olmuşdur. Kiçik yaşlarından çarıqçılıq sənətini öyrənən Bahadır Şuşa şəhərində kiçik dükan açmış, burada işləmişdir. Buna görə də o, "çarıqçı" ləqəbi ilə tanınmışdır. Gənc yaşlarından şəhərin qış klubuna və ya "Xandəmirovun teatrı"na gedərək buradakı musiqiçilərin çıxışlarını dinləyən Bahadır bir müddət sonra özünə qrammofon almış, vallardan bir sıra Azərbaycan muğam və təsniflərini öyrənərək ifa etmişdir. Çarıqçını səsini eşidən tarzən Balaca Qrikor onu Daşaltına toy məclisinə aparmış, bununla Bahadırın xanəndəlik fəaliyyəti başlanmışdır.[1]

Çarıqçı Bahadır 30 il xanəndə kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində o, Qarabağ kəndlərində ifa etmiş, tarzən Balaca Qrikor, Tatevos, Lazar Qabrielyan, kamançaçalan Mirzə və Makiç ilə uzun müddət əməkdaşlıq edərək Şuşa məclislərində çıxışlar etmişdir.[1]

Bahadır həyatının son illərində tarzən Abbasqulu ağa və qarmonçu Kərbəlayı Lətif ilə əməkdaşlıq etmişdir. O, 1930-cu ildə Şuşada vəfat etmişdir.[1]

  1. 1 2 3 Фиридун Шушински. Чарыгчы Баһадыр // Азәрбајҹан халг мусигичиләри. Бакы: Јазычы. 1985. С. 192–194.