Kərbəlayi Lətif Hüseyn oğlu

Kərbəlayi Lətif Hüseyn oğlu (doğum adı: Lətif Hüseyn oğlu Əliyev; 1876, Şuşa6 dekabr 1944, Bərdə) — Azərbaycanın məşhur qarmon ifaçılarından biri. Kərbəlayı Lətif əlli il Azərbaycan milli mədəniyyətinin inkişafına xidmət etmişdir.

Kərbəlayi Lətif
Ümumi məlumatlar
Doğum adı Lətif Hüseyn oğlu Əliyev
Doğum tarixi 1876
Doğum yeri
Vəfat tarixi 6 dekabr 1944(1944-12-06)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 1896–1944
Musiqi aləti qarmon

Lətif Hüseyn oğlu 1876-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Onun atası Hüseyn kişi çəkməçiliklə məşğul idi. Lakin həvəskar musiqiçi kimi tanınmışdı.Ailədə iki övlad olan Kərbəlayi Lətif, qardaşı Məhəmməd ilə birlikdə atasından çəkməçilik sənətini öyrənməklə bərabər musiqiyə xüsusi həvəs göstərmişdir. Kərbəlayi Lətif atasından qarmon çalmaq öyrəndikdən sonra gözəl səsi olan böyük qardaşı Məhəmmədlə birlikdə məhəllə şənliklərində və ayrı-ayrı ailə məclislərində çıxış etməyə başlamışdır.

O, uzun illər Məşədi Zeynal Bala Məlikov kimi virtuoz tarzənlərlə Qarabağ, GəncəTiflis məclislərində istedadlı bir xanəndə kimi çalıb-çağırır. Şübhəsiz ki, Lətifin musiqi sənətinə dərindən yiyələnməsində böyük qardaşı Məhəmmədin də ciddi təsiri olmuşdur.

Kərbəlayı Lətif uzun illər Qarabağ məclislərində qardaşı Məhəmmədi, Malıbəyli Cümşüdü, Keçəçi oğlunu, Pəsxan Cəlili və Qəssab Abışı qarmonu ilə müşayiət etmiş, xalq arasında "şirin barmaqlar" adı ilə şöhrət qazanmışdı.

Ustad qarmonçu Kərbəlayı Lətif 1944-cü ilin dekabr ayının 6-da Bərdə şəhərində vəfat etmişdir.

Sənət və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1914-cü ildə bütün Qafqaz ölkəsində usta qarmonçalan kimi məşhur olan Kərbalayi Lətif "Ekstrafon" aksioner cəmiyyəti tərəfindən Kiyev şəhərinə dəvət edilmişdir. O, burada "Şur", "Orta mahur", "Rast", "Bayatı-Qacar", "Çoban-bayatı"sı, "Segah" və s. muğamları, "Qızılgül", "Turacı", "Vağzalı" kimi bir çox oyun havasını qarmonda ifa edib vala yazdırmışdır.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Kərbəlayı Lətif Şuşada açılan musiqi məktəbində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmağa başlamışdır.

Qarmonçu Lətif 1922-ci ildə İran, İraqƏrəbistan ölkələrinə səyahət etmişdir. O, klassik şərq musiqisi ilə yaxından tanış olmaq imkanı əldə edir.Kərbəlayı Lətif istedadlı bir musiqiçi kimi Şuşa, Ağdam, Bərdə dram teatrlarında uzun illər fəaliyyət göstərmiş, respublika olimpiadalarında dəfələrlə mükafata layiq görülmüşdür. O, 1935-ci ilin dekabr ayında Bakıda, Azərbaycan Şura Cümhuriyyətinin XV illiyi münasibətilə keçirilən 1-ci bədii özfəaliyyət olimpiadasında iki qarmonda "Bayatı-Qacar" və "Segah" muğamlarını məharətlə 190 çalaraq birinci yeri tutmuşdu. "Kommunist" qəzeti bu münasibətlə Lətif Əliyevin şəklini vermiş, onun haqqında səmimi sözlər yazmışdır.

O, saysız-hesabsız el nəğmələrinin mahir bilicilərindən biri idi.Kərbəlayi Lətif istər milli oyun havalarını, istərsə də mahnılarını əzbərdən bilir, bunların hər birini ayrı- ayrılıqda məharətlə çalırdı. Təsadüfi deyildir ki, məşhur sovet bəstəkarı R. Qlier "Şahsənəm" operası üzərində işlərkən Qarabağa getmiş və orada Kərbəlayı Lətifin ifasında otuza yaxın el mahnısı nümunəsini öyrənmiş və yazıb götürmüşdür.Görkəmli bəstəkar Əfrasiyab Bədəlbəyli isə 1936-cı ildə "Qız qalası" baletini yazarkən, məşhur rəqqasə Qəmər Almaszadə ilə birlikdə Şuşa şəhərinə — Kərbəlayı Lətifin yanına getmişdilər. Kərbəlayı Lətif onlara Şuşanın məşhur rəqqasələrinin oyun texnikası, milli oyun havaları haqqında ətraflı məlumat vermişdir[1].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Firidun Şuşinski.Azərbaycan xalq musiqiçiləri.səh189–190.Bakı, Yazıçı, 1985