Çarlton adası

Çarlton adası (ing. Charlton Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).

Çarlton adası
ing. Charlton Island
Ümumi məlumatlar
Sahəsi 308 km²
Hündür nöqtəsi 40 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
52°00′00″ şm. e. 79°30′00″ q. u.
Ölkə  Kanada
Vilayət
Akvatoriya
Çarlton adası xəritədə
Çarlton adası
Çarlton adası

Adanın sahəsi 308 km²-dir. Sahil xəttinin uzunluğu 93 km-dir[1]. Ceyms körfəzinin cənub hissəsində yerləşən bu ada, Rupert körfəzinin ağzındakı alçaq adaların ən böyüyüdür. Adanın uzunluğu 30 km, mərkəzi hissədə maksimum eni 15 km-dir. Adanın topoqrafiyası ifadəsizdir, alçaq və düzdür, yalnız bir neçə yerdə hündürlüklər dəniz səviyyəsindən 40 metrdən çoxdur. Alçaq relyef, zəif drenaj adanın qərb və mərkəzi hissələrində bataqlığa səbəb olmuşdur.

Çarlton adasının bilavasitə yaxınlığında çoxlu kiçik adalar və adacıqlar vardır. Ən yaxın böyük qonşu ada Akimiski adasıdır. Şimal-qərbdən təxminən 100 km məsafədə yerləşir[2].

  1. "The Atlas of Canada - Sea Islands". 2012-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-12.
  2. "Oceandots.com – Islands Encyclopedia. Charlton Island". 2010-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-12.