Çarnal kərtənkələsi

Çarnal kərtənkələsi (lat. Darevskia dryada) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.

Çarnal kərtənkələsi
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Darevskia dryada[1]

Orta ölçüyə malik olan kərtənkələ olaraq 70 mm uzunluğa malikdir. Quyruğu iki dəfə uzundur. Boğaz nahiyəsində 23-27 pulcuq vardır. Bədəninin mərkəzi hissəsində isə 51-59 arasında dəyişir.

Bədəninin yuxarı və quyruğunun qutaracağı ot-yaşılı (erkəklərdə), qəhvəyinin müxtəlif çalarlarında (dişilərdə) olur. Qarın nahiyəsi parlaq-sarı rəngə çalır. Üzərində qara və mavi nöqtələr vardır.

Acarıstanın cənub-qərbində, Türkiyənin şimal-şərq ərazilərində yayılmışdır. Subtropik meşəliklərin ətraflarında, dar dərələrdə, hündürlüyü 50-300 m olan ərazilərdə ysyılmışlar. 1 km məsafədə 30-40 baş kərtənkələyə rast gəlinmişdir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Həşaratlar və kiçik onurğasıızlarla qidalanırlar. Çoxalması haqqında məlumat yoxdur.

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.