Çavuş İbrahim Paşa (ö. noyabr 1668) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Çavuş İbrahim Paşa | |
---|---|
Əvvəlki | Silahdar Ömər Paşa |
Sonrakı | Qaraqaş Əli Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Misir əyaləti, Osmanlı imperiyası |
Uşağı | Mehmed bəy |
Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra baş çavuş olaraq xidmət etməyə başladı. Ardından 1664-cü ilin avqustunda yeniçəri ağası, 1665-ci ilin mayında vəzir rütbəsiylə Sivas, 28 yanvar 1667-ci ildə isə Misir bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən 1668-ci ilin noyabrında Misirdə vəfat etdi. Mehmed bəy (ö. 1690) adlı oğlu olduğu məlumdur.