Çerkassi vilayəti

Bu məqalə Çerkası vilayəti haqqındadır. eyni adlı şəhəri haqqında məqaləyə keçmək üçün Çerkası səhifəsinə baxın.

Çerkası vilayəti (ukr. Черкаська область) — Ukraynanın mərkəzində yerləşən vilayət.

Çerkası vilayəti
Черкаська область
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

49°26′41″ şm. e. 32°03′37″ ş. u.


Ölkə
İnzibati mərkəz Çerkasi
Tarixi və coğrafiyası
Yaradılıb 7 yanvar 1954
Sahəsi
  • 20.900 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.160.744 nəf. (1 yanvar 2022)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu UA-71
Telefon kodu 47
Avtomobil nömrəsi 24, CA
Rəsmi sayt
Rəsmi sayt
Çerkası vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sahəsi 20,9 min km2 [2].

Əhalisi 1,3 milyon (2006). 20 rayonu, 16 şəhəri, 15 ştq. var. Mərkəzi Çerkası şəhəridir.[2]

Çerkası vilayəti Dnepr çayının orta axınının hər iki sahilində yerləşir. Sağsahil hissəsini, əsasən, Dneprboyu yüksəklik (maksimum hündürlüyü 270 m), solsahil hissəsini isə Dneprboyu ovalıq tutur. İqlimi mülayim kontinentaldır. Orta temperaturu yanvarda – 5,9 °C, iyulda 19,5 °C-dir. İllik yağıntı 450–560 mm. Ən böyük çayı Dneprdir. Kremençuq və Kanev su anbarlarının bir hissəsi Çerkası vilayətindədir. Əsasən, qara, boz, çəmən və çimli torpaqlar yayılmışdır. Ərazinin təqribən 1/6-i meşədir. Sığır, maral, cüyür, çöldonuzu, sincab, canavar, tülkü, dovşan, dələ, qunduz, susamuru, ördək, cüllüt və s. var.[2]

Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Sənaye istehsalının strukturunda yeyinti sənayesi (39,9%), kimya sənayesi (26,9%), maşınqayırma və metal emalı (8%), yüngül sənaye (1,5%) üstünlük təşkil edir. Kömür, elektrik enerjisi hasil edilir; kimya sənayesi üçün mineral gübrələr, kimyəvi liflər, lak-boya materialları, kimyəvi reaktivlər, həll edicilər, polimer pərdə, dərman preparatları, ammonyak; emal sənayesi üçün hesablama texnikası, texnoloji avadanlıq; heyvandarlıq və yem istehsalı üçün maşın və avadanlıq istehsal olunur; xalq istehlakı mallarının istehsalı üzrə 300-dən çox sənaye müəssisəsi var. Ukraynanın yüksək inkişaf etmiş kənd təsərrüfatı regionudur, taxıl-çuğundur bitkiçiliyi, ətlik-südlük heyvandarlıq üzrə ixtisaslaşır. 539 kollektiv kənd təsərrüfatı müəssisəsi, 34 sovxoz və 555 fermer təsərrüfatı fəaliyyət göstərir.[2]

  1. State Statistics Service of Ukraine Чисельність наявного населення Українина 1 січня 2022. Kiyev: State Statistics Service of Ukraine.
  2. 1 2 3 4 Çerkası vilayəti// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 512. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]