Çernoqor dili

Monteneqro dili (Venetçə: łéngoa montenegrina) ya da Qaradağ dili[1](Qaradağca: crnogorski jezik) — Qərb yarımqrupuna daxil olan cənubi slavyan dili. Monteneqro dili Monteneqroda (Qaradağda) istifadə olunan serb-xorvat dil sisteminin iyekav-ştokav dialekti bazasında qurulub. Müqayisəli dilçilik nöqteyi-nəzərindən bu dil sisteminin serb, xorvat və bosniya dilləri ilə yanaşı standartlaşdırılmış qarşılıqlı anlaşılan variantlarından biridir.

Monteneqro dili
Orijinal adı Crnogorski, Црногорски
Ölkə Monteneqro
Rəsmi status Monteneqro
Danışanların ümumi sayı 229 min
Təsnifatı
Kateqoriya Avrasiya dilləri

Hind-Avropa dilləri

Slavyan dilləri
Cənubi slavyan dilləri
Qərb yarımqrupu
Yazı latın əlifbası (qayevitsa)
kiril əlifbası (vukovitsa)
Dil kodları
ISO 639-1
ISO 639-2 cnr
ISO 639-3 cnr
Ethnologue cnr
LINGUIST List 1ew
IETF cnr
Glottolog mont1282
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konstitusiyaya görə 1992-ci ilə qədər Monteneqronın dövlət dili serb-xorvat dili, 2007-ci ilə qədər serb dilinin iyekav forması (serb. српски језик ијекавског изговора), 2007-ci ildən isə monteneqro dilidir.


  1. http://web2.anl.az:81/read/page.php?bibid=294941&pno=9 Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine Kapitalist ölkələrin coğrafiyası, Qaradağ