Çetıryoxstolbovoy — Şərqi Sibir dənizində, Medvejı adaları qrupuna daxil olan ada. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir.
Çetıryoxstolbovoy adası | |
---|---|
rus. Четырёхстолбовой остров | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 79 m |
Əhalisi | 0 nəfər (2011-ci il) |
Yerləşməsi | |
70°47′06″ şm. e. 161°36′11″ ş. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
Arxipelaqın şərqində yerləşir. Kolıma çayından 116 km aralıda yerləşir. Ən yaxın ada 21 km şimal-qərbdə Leontev adasıdır.
Ölçülərinə görə Krestovski adası və Leontev adasından sonra üçüncüdür. Şərqdən qərbə 9,5 km, şimaldan cənuba isə 2,5 km təşkil edir. Adanın hündürlüyü 94 metr təşkil edir. Şimalı nisbətən hündürdür. Cənubunda eyni adlı buxta vardır. Materikdə adaya Şimal maralı, Ayı, Canavar, Tülkü və gəmiricilər keçir. Şərqində Qütb stansiyası 1933-cü ildə istifadəyə verilmişdir.[1]
Çetıryoxstolbovoy adası digər Medvejı adaları kimi Yakov Premyakov tərəfindən 1710-cu ildə, adalar isə ilk dəfə 1769-cu ildə kəşf edilmişdir.[2] Adanın müasir adı F. Vrangel tərəfindən 1823 ildə verilmişdir.
Adanın adı onun ərazisində yerləşən dirəklərə görə verilmişdir. Onların hündürlüyü 15 metrdir.[3]
Qayalıqdan ibarət dirəklər aşınmaya məruz qalır. 1935-ci ildə adada olan Sergey Obruçev burada olarkən üç dirəyin qaldığını müəyyən edir. 1980-ci ildə yalnız iki dirək qalır. 1995-ci ildə isə burada cəmi bir dirək və ikincinin qalığı aşkarlanmışdır.