Medvejı adaları (saxa Эһэлээх арыылар) — qrupa 6 ada daxildir. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Adalar Şərqi Sibir dənizində Kolıma çayı mənsəbində yerləşir. Adaların ümumi sahəsi 60 km² təşkil edir.
Medvejı adaları | |
---|---|
saxa Эһэлээх арыылар | |
Ümumi məlumatlar | |
Adaların sayı | 6 |
Ümumi sahəsi | 60 km² |
Hündür nöqtəsi | 273 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
70°52′00″ şm. e. 161°26′00″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qrupun tərkibi: Krestovski adası, Leontev adası, Çetıryoxstolbovoy, Puşkaryov adası, Lısov adası və Andreyev adası. Əsasən qranitdən ibarətdirlər.
Krestovski adası arxipelaqının ən iri adasıdır. Şimal və və cənub hissələri qayalıqdır.
Adalarda qısa otlar, Mamırlar, Şibyələr bitir. Burada Marall, Sıçan, Tülkü, Ayı və Canavara rast gəlinir.
Medvejı adalarını ilk dəfə 1710-ci ildə kazak Yakob Permyakov Lena çayından Kolıma çayına üzərkən ziyərət etmişdir. 1740-ci ildə Krestovski adasına Dmitri Laptev ziyarət etmişdir. O, adanı Müqəddəs Antoni adlandırmışdır. 1769 ildə İvan Leontev, İvan Lısov və Aleksey Puşkayrov adalarda geodeziya işləri aparmış və adaların dəqiq xəritəsini tərtib etmişlər[1] В 1761-ci ildə adalarda Şalaurovun ekspedisiyası olmuşdur. 1821-ci ildə isə adaları Ferdinant Vrangel ziyarət etmişdir. 1870-ci ildə adalara Karl İohan Henrix Noyman ayaq basmışdır. 1980-ci ilin ortalarından Vrangel adası qoruğunun əməkdaşları ekspedisiya işləri aparmışdır.