Çevan-Rabdan (1663-1727) — Cunqar xanlığının dördüncü hakimi.
Çevan-Rabdan | |
---|---|
kalm. ᠴᠡᠸᠡᠩᠷᠠᠪᠳᠠᠨ | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1663 |
Vəfat tarixi | 1727 |
Atası | Senqe |
Qaldan-Boşoqtu xanın ölümündən sonra Cunqar xanlığının taxtına, 1697-ci ildə, Qaldanın qardaşı oğlu yəni Senqenin və Anu xatunun oğlu Çevan Rabdan keçmişdir. Çevan Rabdan, iqtidarının ilk illərində xarici siyasətində diqqətli davranaraq, qonşularıyla savaşmaqdan qaçmışdır. Öncəliklə ölkənin içərisindəki noyonlar arasındakı birliyi bağalamağa öncəlik vermişdir. Bu arada əkinçiliyi inkişaf etdirməyə səy etmişdir. Ayrıca dəmir mədənçiliyini inkişaf etdirərək silah istehsalına ağırlıq vermişdir.[1]
Çevan Rabdan Cunqar xanlığının idarəsini əlinə aldıqdan sonra, Qaldan Boşoqtu xan kimi mərkəzini İli çayı boylarına daşımışdır. Qaldanın son dönəmlərində bilxassə Şərq torpaqlarının böyük qismi Tzin sülaləsi tərəfindən alınmışdı. Ayrıca 1698-ci ildə Hami, Kukunor bölgələri də Tzin sülaləsi hakimiyətini tanımaq məcburiyyətində qalmışdı.[2] 1700-cü ildə Tzin sülaləsi hakimiyətinə girmək istməyən iki Xoşut taycısının başında olduğu 10 min Xoşut Kukunordan Cunqariyaya köç etmişdir.[3]
1701-ci ildə isə Volqa Kalmıklarının lideri Ayukanın oğullarından Sancibin atasıyla arasının açılması nəticəsində Sancibin başında olduğu təqribən 60 min civarında insanın Cunqariyaya köç etdiyi görünür.[4] Buradan da Cunqariyanın yavaş-yavaş digər bölgələrdəki Oyrat oymaqları üçün mərkəz durumuna gəlməyə başladığı anlaşıla bilər.