Anu xatun (d. ? — ö. 13.5.1696; Terelc, Tuşetu xan aymağı, Xalxa) — Cunqar xanlarından, əvvəlcə Senqe xanın, sonra Qaldan-Boşoqtunun qadını, qəhrəman qadın.
Anu xatun oyratların qolu olan xoşutların knyazı Qaldamanın qızı, Oçirtu-Çeçen xanın nəvəsi idi. Uşaqlıqdan Qaldan-Boşoqtu ilə tanış olmuşdu. Gələcəkdə onun xanımı olmağı arzulayırdı.[1] Amma Qaldan rahib olduğundan və Tibetə oxumağa getdiyindən, onun böyük qardaşı, gələcək cunqar xanı Sengeyə verdilər. Anu xatun Sengedən Çevan-Rabdan və Sonom-Rabdan adlı övladları oldu.
Senqenin ölümündən sonra və Qaldanın Cunqariyaya qayıdışından sonra Anu xatun onun qadını oldu. Bu izdivacdan Sevden-Balcir adlı oğlu, Yunçixay və Bum adlı qızları oldu. Birinci oyrot-mancur müharibəsində əri ilə birlikdə yürüşdə iştirak etdi.