Çiçəklənən Ermənistan[1] və ya Dirçələn Ermənistan[2] (erm.Բարգավաճ Հայաստան կուսակցություն, translit.Barqavatç Hayastan kusaktsutyun; abr.ԲՀԿ BHK) — Ermənistandamühafizəkar siyasi partiya.[3] 30 aprel 2004-cü ildə biznesmen Qagik Tsarukyan tərəfindən təsis edilmişdir. Həmin tarixdə partiyanın təsis qurultayı keçirilmişdir.[4]
Partiya ideoloji olaraq siyasi spektrdə sağ mərkəz mövqe tutur.[5] "Çiçəklənən Ermənistan" iqtisadi liberalizmi,[6]Rusiya ilə daha sıx əlaqələri[7][8] müdafiə edir. Partiya Avropa İttifaqı mövzusunda avroskeptik,[9][10] sosial mövzularda isə tradisionalistdir.[6] Partiyanın yaradılmasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rolu olmuşdur[11] (bəziləri Köçəryanın özünün təsisçi olduğunu iddia edir).[12] Köçəryanın partiyadakı təsiri və rolu müzakirə mövzusudur. 2012-ci ildə əksər analitiklər Köçəryanın partiyada yaxından iştirak etdiyinə inanırdılar.[13] Bəziləri Köçəryanın partiyanın gizli lideri olduğuna inanır,[14] digərləri isə onun "Çiçəklənən Ermənistan" üzərində heç bir təsirinin olmadığını düşünür.[15]
↑Hale, Henry. Patronal Politics. Cambridge University Press. 2014. səh. 357. ...Prosperous Armenia was a kind of political insurance policy by Kocharian...
↑"Ashotyan: speech of Armenian president came as response to blackmail, ignorance and stupidity". ARKA News Agency. 13 February 2015. 15 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2021. «Prosperous Armenia party was established as a political project of Robert Kocharyan, the second Armenian president, to divide the power resource and ensure the presence of the second president on the country's political arena,» Ashotyan said.