Çibi döyüşü

Çibi döyüşü (çin. ənən. 赤壁之戰, sadə. 赤壁之战; qışd, 208 - 209-cu ildə UŞu çarlığının birləşmiş orduları ilə Çao Çao ordusu arasında olmuşdur. Nəticədə Çao Çao hökmranlığını itirmiş olur.

Çibi döyüşü
Üç çarlıq dövrü
Tarix 209-cu ilin qışı
Yeri Çin Syannin, Yantszı çayı, Çibi
Nəticəsi Çin Vey çarlığının süqutu
Münaqişə tərəfləri

Şu çarlığı
Çin U çarlığı

Çin Vey çarlığı

Komandan(lar)

Lyu Bey
Sun Çyuan

bilinmir

Çao Çao
Tərəflərin qüvvəsi

50 000

bilinmir

240 000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II əsrin sonu və III əsrin əvvəllərində Çin ərazisindəki çarlıqlararası çəkişmələrin get-gedə artması ön plana bir neçə bacarıqlı sərkərdələr çıxarmış olur. Bunlardan biri Çao Çao şimalda, Xuanxe hövzəsində hökmranlıq edirdi. Onun ölümündən sonra 220 ci ildə onun oğlu Çao Pey Han sülaləsini bitirib, Vey sülaləsinin əsasını qoyaraq özünü Vey çarlığının hökmdarı elan etmişdir. Digər bir sərkərdə Lyu Bey Han sülaləsinin nümayəndəsi kimi ölkənin cənub-qərbində özünü hökmdar elan edərək Şu çarlığını qurur. Üçüncü bir sərkərdə isə Sun Çyuan cənub-şərqdə paytaxtı Nankin olan U çarlığını qurur. beləliklə üç çarlıq fenomeni ortaya çıxmış olur.

" Dövlətlər yaranır və yox olurlar. Dövlətlər gəlirlər və gedirlər. İmperator Çjounun hökmranlığı bitdikdən sonra yeddi dövlət bir-biri ilə vuruşurdu və Tsin knyazı qalib çıxdı. Tsin hökmranlığı bitdikdən sonra, Çu və Han çarları hegemonluq uğrunda mübarizə aparırdı və Han sülaləsi qalib gəldi. Dörd yüz il hökmranlıq etmiş qüdrətli Han sülaləsi də süqut etmiş və şəfəqləri sönmüşdür.
Lo Quançjun
Üç çarlığın tarixi.“ (Müqəddimə)
"

207 ci ilin qışında şimalda köçəri tayfalarını qovaraq şimal sərhədlərini möhkəmləndirir. Yuan Şao, Lyuy Bu və Yuan Şu qoşunlarını məğlub edən imprator Syan-di adından istifadə edən Çao Çao boyük bir orduya sahib olur. 208 ci ildə sonralar özünü Vey kyazı elan etmiş sərkərdə Çao Çao Çin ərazisinin şimal əyalətlərini əlin keçirərək qurmuş olduğu Vey çarlığının ərazisini genişləndirir. Bundan sonra 208 ci ilin payızında cənuba, Çzinçjou istiqamətində hərəkət edir. Lyu Byao öldükdən sonra oğulları Lyu Byao və Lyu Çzyun Çao Çaoya təslim olurlar, lakin Lyu Byaonun sərkərdəsi Lyu Bey təslim olmayıb Syakou şəhərinə çəkilərək müqavimət göstərir. Sonralar Lyu Byaonunböyük oğlu Yantszı çayı boyu qərar tutaraq sərkərdə Lyu Beyə dəstək verir.

Çjou Yu Çinin mərkəzindən gələn Çao Çao ordusunun sayını 150-160 min nəfər göstəmişdir. Lyu Byaonun keçmiş ordusundan 70-80 mini ona qoşulmuşdur. Amma Çao Çaonun onlara etimadı yox idi.[1] Sun Çyuanın 30 minlik, Lyu Beyin və Lyu Çinin Çjuqe Lyanın dediyinə görə 20 minlik qoşunu var idi[2].

Çao Çaonun ordusu əsasən şimal kontingentindən təşkil olunduğundan, suda xüsusilə çayda döyüş təcrübəsi yox idi. Qayıqlarla Yantszı sularını üzən əsgərlər dəniz xəstəliyinə tutulur. Bundan istifadə edən Sun Çzyan ordusu yanacaq maddəsi doldurulmuş və ucuna uzun masa bərkidilmiş branderləri Çao Çaonun gəmilərinə doğru istiqamətləndirir. Gəmilər toqquşduqdan sonra alova bürünürlər. Çao Çaodöyüşçüləri arasında çaxnaşma düşdüyündən ordu pərən-pərən olur. Eyni vaxta griçəkilməkdə olan Vey ordusu sahildəki pusqulara dwşərək məhv dilir.

" Qırmızı qayalıqlardakı döyüş həqiqətən də qanlı savaş olmuşdur. Çao Çaonun çoxlu döyüşçüsü nizə və oxlarla öldürülmüş, daha çoxu isə çayda batmış və alovda yanmışdır.
Lo Quançjun
Üç çarlığın tarixi.
"

Çao Çao özü Syuyçana qaçır. Sun Çyuanın ordusu irəliləyərək Nançzyun və Xefey şəhərləri uğrunda savaşır. Bu döyüşdən ən çox mənfət götürənisə Lyu Bey olur Onun ordusu Syanyan, Nançzyuan, Çzinçjou şəhərlərini, Linlin, Ulin, Quyyan və Çanşa əyalətlərini ələ keçirmiş olur.

Döyüşün xəritəsi
Döyüşün xəritəsi
Sun Çzyanın brander qayıqları
Sun Çzyanın brander qayıqları
Çao Çaonun gəmisi
Çao Çaonun gəmisi
Çibi döyüşü
  1. de Crespigny, Rafe «Generals of the South», стр. 251, 252 Generals of the South: The foundation and early history of the Three Kingdoms state of Wu. Internet Edition Arxivləşdirilib 2007-06-07 at the Wayback Machine, Australian National University, 2004
  2. de Crespigny, Rafe «Generals of the South», стр. 252, 255 Generals of the South: The foundation and early history of the Three Kingdoms state of Wu. Internet Edition Arxivləşdirilib 2007-06-07 at the Wayback Machine, Australian National University, 2004

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]