Çao Çao (çin. sadə. 曹操, pinyin: Cáo Cāo; 155[1][2][…] – 220[3][1][…], Loyan[d]) — Çin ordu sərkərdəsi, hərb elminin bilicisi, Han sülaləsinin baş naziri, faktiki Han imperiyasının III əsrdə həm idarə edicisi və həm də "qəbirqazanı".
Çao Çao | |
---|---|
çin. sadə. 曹操, pinyin: Cáo Cāo | |
Han sülaləsi naziri, Vey çarı | |
180 – 220 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 155[1][2][…] |
Vəfat tarixi | 220[3][1][…] |
Vəfat yeri |
|
Vəfat səbəbi | beyin şişi |
Fəaliyyəti | siyasətçi, şair, yazıçı, hərbi lider[d] |
Atası | Çao Sonq |
Həyat yoldaşı | Bian |
Uşaqları | Çao Pey, Çao Çji |
Rütbəsi | general |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hərbi iş[4], poeziya[4] |
Vikianbarda əlaqəli mediafayllar |
Çao Çao zəmanəsinin qəddar və müdriki kimi tarixdə qalmışdır. Onun ixtiyarında sayı milyon olan ən qüdrətli ordulardan biri olmuş, Quandu döyüşündəki qələbəsindən sonra Çini birləşdirməyə cəhd göstərsə də Qırmızı qayalıq döyüşündəki məğlubiyyəti onu uçuruma sürükləmişdir.
Atası Çao Sun Syaxou nəslindən olub, onun əsli adı Syaxou Sun olmuşdur. Çao soy adını o, onu oğulluğa götürmüş saray xədimi Çao Tenadan götürmüşdür. İyirmi yaşında imtahan verərək paytaxt Loyandan şimalda bir əyalət rəisi təyin olunur. Rəyis kimi əyalətdə hamının qanuna itaət etməsinə nail olur. Mənsubiyyətindən asılı olmayaraq qanun pozucularını qəddarcasına cəzalandırardı. Bir dəfə o, saray xədiminin əmisini küçədə silahlı gəzdiyi üçün cəzaladıraraq çomaqla döydürür. Buna görə o daha yüksək rütbə almış olur. O, əsil şöhrətə Sarı çalmalılar üsyanını yatırdarkən çatmışdır. Üsyan baş verərkən ona çi-du-vey (süvarilər baş komandanı) rütbəsi verilir və 5000 döyüşçü ilə üsyanı yatırtmaq üçün göndərilir. Bu andan o yüksək mənsəbə doğru uğurla irəliləmiş olur.
Daxili çəkişmələr fonunda Syan-di imperatorluğu nominal xarakter daşıyırdı. İmperiya demək olar ki üç çarlığa bölünmüşdür. Bu dövrdə Çao Çao imperatordan ali dövlət çen-sen (baş vəzir) rütbəsinə layiq görülür. Han sülaləsi imperatoru özü isə müqəvva kimi səlahiyyətsiz paytaxta oturur. İmperiyada baş verənlər haqqında ilk məlumatlar Çao-Çaoya sonra isə imperatora çatdırılırdı. Ona imperatora adını söyləmədən müraciət etməsinə, saraya tələsmədən rahat daxil olmasına, imperatorun qəbulunda silahlı və ayaqqabılı gəlməsinə icazə verilmişdir. Özünü qorumaq üçün o, 10 min nəfərlik cangüdənə — "pələnglər dəstəsinə" malik idi.
Quandu döyüşü 200-cü ildə Çao Çao ordusu ilə Yuan Şau ordusu arasında Xuanxe çayı yaxınlığında olmuşdur. Nəticədə Çao Çao parlaq qələbə çalmış olur.
Çibi döyüşü (çin. ənən. 赤壁之戰, sadə. 赤壁之战; qışd, 208–209-cu ildə U və Şu çarlığının birləşmiş orduları ilə Çao Çao ordusu arasında olmuşdur. Nəticədə Çao Çao hökmranlığını itirmiş olur.
Çao Çao həyatında mühüm hadisələrin xülasəsi | |
---|---|
155-ci il | Anhoy əyalətində doğulub. |
180-ci il | Yingxuan əyalətində Sarı çalmalılar üsyanına qarşı vuruşan orduya rəhbərlik. |
190-cı il | Dun Çjoya qarşı alyansa daxil olur. |
196-cı il | Han sülaləsi imperatoru tərəfindən Syuyçanda qəbul eilir. |
200-cü il | Quandu döyüşündə qələbə çalır. |
208-ci il | Çibi döyüşündə məğlub olur. |
213-cü il | Vey knyazı elan edilmiş. |
216-cı il | Vey çarlığının hökmdarı elan edilmişdir. |
220-ci il | Loyanda vəfat etmişdir. |
Ölümündən sonra | Vey imperatoru Vu tituluna layiq görülmüşdür. |
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |