Çin–Türkiyə münasibətləri — Türkiyə və Çin arasında iki tərəfli diplomatik münasibətlər.
Çin–Türkiyə münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
1524-cü ildə, Min sülaləsinin hakimiyyəti dövründə Osmanlı İmperiyasının nümayəndələri Pekini ziyarət edir.
XX əsrin ikinci yarısında Mao Tszedunun "üç dünya" nəzəriyyəsində hegemon qüvvə olan SSRİ-yə qarşı təhlükəsizlik kəməri yaradılmasında Türkiyəyə mühüm yer verilir[1].
Lakin 1990-cı illərdə Pekin ilə Ankara arasındakı münasibətlər uyğur amilinə görə mürəkkəbləşir. Demək olar ki, bütün türk hökumətləri uyğurların azadlıq hərəkatçılarını dəstəkləyir. Bundan yanaşı tez-tez Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin rəhbərliyini uyğurlara zülm etdiyinə görə açıq şəkildə tənqid edir və bəzi uyğur azadlıq təşkilatlarını ölkəsində fəalıiyyətinə şərait qurur.
2010-cu illərdə ölkələr arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır və "Ankara Pekinin Aralıq dənizindəki pəncərəsinə çevrilir". Beləliklə Çin Türkiyənin Rusiyadan sonra ikinci idxal ortağı olur; Pekin Türkiyə iqtisadiyyatına aktiv olaraq investisiya qoyur (2017–2020-ci illərdə Çin səlahiyyətliləri 3 milyard dollar sərmayə qoymuş və bu həcmləri iki qat artırmağı planlaşdırmışlar).
2017-ci ildə tərəflər cinayətin yalnız ölkələrdən birində belə hesab edildiyi halda, cinayətkarların ekstradisiyasını təmin edən bir müqavilə imzalayır.
İxtişaşlara başlanğıcında Türkiyə Xarici İşlər Nazirliyi 2009-cu ilin iyul ayında Urumçidəki etiraz aksiyalarına liderlərini tapmaq və ədalət mühakiməsinə çıxarmaq çağırışı ilə reaksiya verir[2]. Lakin bəzi məmurlar bu mövqe ilə razılaşır. Ədalət və İnkişaf Partiyasının bir millət vəkili, Çin-Türkiyə parlamentlərarası dostluq qrupundakı vəzifəsindən ayrılır, Sənaye və Ticarət Naziri Çin mənşəli malların boykot edilməsinə çağırış edir[3]. Çinin Türkiyədəki müvəqqəti işlər vəkili bunu təəccüblə qarşılayır[4]. Ankara və İstanbulda bir sıra gündəlik nümayişlərdən sonra Baş nazir Rəcəb Tayyib Ərdoğan ritorikasını dəyişdirərək bunları söyləyir: Çindəki bu hadisələr soyqırım kimidir. Çin hökumətindən bu hadisələrin müşahidəçisi olaraq qalmamasını xahiş edirik[5]. Çin tərəfi Ərdoğandan ifadələrindən imtina etməsini tələb edir. Dövlətin nəzarətində olan China Daily nəşr evi, iğtişaş qurbanlarının 184-dən 137-nin etnik Han olduğunu iddia edir.
Daha sonra bir telefon danışığında iki ölkənin xarici işlər nazirləri ikitərəfli münasibətlərinin vacibliyini təsdiqlədilər və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin "Çinin daxili işlərinə qarışmaq" niyyəti olmadığını söyləyir[6].
2000-ci illərdə ikitərəfli ticarət həcmi təxminən 1 milyard dollar idisə, 2018-ci ilə qədər bu rəqəm 23 milyard dollara yüksəlir. Türkiyənin ümumi xarici ticarət kəsirinin üçdə biri 55 milyard dolların üstündə Çinin payına düşür.
Pekin Türkiyə infrastruktur layihələrini dəstəkləyir: Çin şirkətləri İstanbuldakı Kumport konteyner terminalının 65%-inə, eləcə də Yavuz Sultan Səlim körpüsünün 51-%nə sahibdir. Ankara Çinin Dövlət Nüvə Enerji Texnologiyaları Şirkəti ilə ölkənin üçüncü nüvə elektrik stansiyasının inşası üçün müqavilə imzalamaqla bağlı danışıqlar aparır.
2017–2019-cu illərdə Huawei-in Çin texnologiya sistemlərinin Türkiyə bazarındakı payı 3%-dən 30%-ə yüksəlir. Digər bir Çin texnologiya şirkəti ZTE, 2016-cı ildə Türkiyədə telekommunikasiya istehsalçısı Netaşın yüzdə 48% səhmlərini satın alır. Şirkət İstanbul hava limanının telekommunikasiya sistemləri və milli sağlamlıq məlumatlarının rəqəmsallaşdırılması kimi layihələri idarə edir.
Hər iki ölkə Yeni İpək Yolu layihəsində iştirak edir. İpək Yolu layihəsinin icrası zamanı Türkiyə Çindən 5 milyard dollar almışdır[7].