Çində çirklənmə müzakirə olunan ətraf mühit məsələlərinin daha geniş bir tərəfidir. Çinin sənayeləşməsi ilə müxtəlif çirklənmə formaları artdığına görə geniş ətraf mühit probleminə səbəb oldu ki bu da sağlamlığa ziyan vuran amil sayılır.[1][2][3]2013-cü ildə təmiz hava siyasəti həyata keçirildiyi üçün Çin daxilində çirklənmə durmadan azaldı və Çin şəhərləri artıq ən çirklənmiş şəhərlər siyahısında birinci yeri tutmur.[4][5]
Çin Xalq Respublikasında əhalinin 1980-ci illərdən bəri artması torpaq çirklənməsi ilə nəticələndi. Dövlət Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun ətraf mühit, qida təhlükəsizliyi və davamlı kənd təsərrüfatı üçün bir təhlükə olduğunu düşünür. Çinin əkinçilik əraziləri 38.610 kvadrat mil (100.000 km2) və 31.5 milyon mil (21.670 km2.) su ehtiyyatları çirklənməyə məruz qaldı. Təsirə məruz qalan ərazi Çinin əkin sahələrinin onda birini təşkil edir. Təxminən 6 milyon ton taxıl hər il ağır metallarla çirklənir və bu da 29 milyard yuan (2,57 milyard ABŞ dolları) birbaşa itkiyə səbəb olur. Ağır metallara (civə, qurğuşun, kadmiyum, mis, nikel, xrom) və çirklənmiş torpaqda olan maddələr sağlamlığa mənfi təsir göstərir. Udulma, dəri ilə təmas, torpaq qida zənciri ilə pəhriz, tənəffüs qəbulu və ağızdan qəbul edilməsi zəhərli maddələrin insan orqanizminə daxil olmasına səbəb olur.[6]
Çinin tullantı istehsalı artdıqca və təkrar istehsal sahəsi zəif olduğundan ətraf mühit bu tullantılarla çirkləndirilir.[7] 2012-ci ildə Çində tullantıların istehsalı 300 milyon ton (229.4 kq ) təşkil etdi.[8]Çin daxilindəki bütün supermarketlərin, mağazalar və dükanların pulsuz plastik torba verməsini qadağan edən və bu səbəbdən insanları çantalardan istifadə etməyə təşviq edən bir qadağa 15 İyun 2008-ci ildə qüvvəyə mindi.[9]Mağazalarda plastik alış-veriş çantalarının qiymətini aydın şəkildə qeyd etməli və bu qiymətin məhsulların qiymətinə əlavə edilməsi qadağandır.[10] Qalınlığı 0,025 millimetrdən (0,00098) -dən az olan ultra nazik plastik torbaların istehsalı, satışı və istifadəsi də qadağandır. Dövlət Şurası "parça torbalara və alış-veriş səbətlərinə qayıtmağa" çağırış etdi. Bununla birlikdə, bu qadağa, geyim mağazalarında kağız alış-veriş torbalarının geniş yayılmasına və ya restoranlarda yemək götürülməsi üçün plastik torbaların istifadəsinə təsir göstərmir. Beynəlxalq Qida Qablaşdırma Dərnəyi tərəfindən aparılan bir araşdırma qadağanın tətbiq edildiyi bir il sonra yüzdə 10 daha az plastik torbanın tullantıya çevrilməsini aşkar etdi.[11]
1997-ci ildə Dünya Bankı Çin sənayesinin çirklənməsi siyasətini hədəf alan bir hesabat hazırladı. Hesabatda yüz minlərlə erkən ölüm və ciddi tənəffüs yoluxma xəstəliklərinin havanın çirklənməsindən yaranması bildirildi. Sənaye atqıları ilə ciddi şəkildə çirklənmiş Çinin bir çox su yolu insanların birbaşa istifadəsinə yararsızdır. Bununla birlikdə, hesabatda ekoloji qaydaların və sənaye islahatlarının müəyyən dərəcədə təsiri olduğu qəbul edildi. Davamlı ətraf mühit islahatlarının sənaye çirklənməsinin azaldılmasına böyük təsir göstərə biləcəyi təsbit edildi.[12]Çin şəhərlərində əhali artımı istehlak mallarına, nəqliyyat vasitələrinə və enerjiyə olan tələbatı əhəmiyyətli dərəcədə artırır. Bu da yanacağın daha çox istehlakına səbəb olur və nəticədə duman yaranır. Dumana məruz qalma Çin vətəndaşlarının sağlamlığı üçün təhlükə yaranır. 2012-ci ildə aparılan bir araşdırma, havadakı tənəffüs və ürək-damar xəstəliklərinə səbəb olan incə hissəciklərin Çin vətəndaşlarının sağlamlığına zərərin böyük bir hissəsini təşkil edən əsas çirkləndiricilərdən biri olduğunu göstərir.[13]
Çinin su ehtiyatları həm kəskin su çatışmazlığından, həm də şiddətli su çirklənməsindən təsirlənir. Artan əhali və sürətli iqtisadi böyümə və ətraf mühitin zəif nəzarəti su tələbatını artırdı. 1980-ci ildə aparılan bir araşdırmaya görə, bütün ölkə ümumi su istehlakının 440 milyard kubmetrinə sahibdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı, əkinçilik və kənd sakinlərinin istehlakı ümumi istehlakın yüzdə 88-i idi. Ancaq digər bir araşdırma göstərir ki, çirklənmiş əsas çaylardakı suyun yüzdə 19-u və ümumi uzunluğu 95.000 kilometrdir. Bundan əlavə, 1980-ci illərin əvvəllərində 878 çay üçün aparılan bir araşdırma göstərir ki, bunların yüzdə 80-i müəyyən dərəcədə çirklənmiş və bütün ölkə boyu çayların uzunluğunun yüzdə 5-dən çoxunda balıq tükənmişdir. Suyun çirklənməsi səbəbindən kənd təsərrüfatında suvarma üçün yararsız 20-dən çox su yolu var. Buna cavab olaraq Çin su infrastrukturunu sürətlə qurmaq və tənzimləməni artırmaq və bir sıra digər texnoloji həll yollarını araşdırmaq kimi tədbirlər gördü.[14]
Sarı toz və ya Asiya tozu, qışın sonlarında və yazda Şimal-şərqi Asiyanı təsir edən mövsümi bir toz bulududur. Toz Monqolustan, Şimali Çin və Qazaxıstanın səhralarında, yüksək sürətli yerüstü küləklərin və güclü toz fırtınalarının qatı, quru torpaq hissəciklərindən ibarət buludları saldığını göstərir. Bu buludlar daha sonra hakim küləklər tərəfindən şərqə aparılır və Şimali Çin üzərindən Koreya və Yaponiyaya keçir.
Çində səhralaşma intensivləşmişdir. 1. 740.000 kvadrat kilometr ərazi "quru" olaraq təsnif edilir və səhralaşma ildə 54 milyard yuan (7 milyard dollar) birbaşa iqtisadi itkilərə səbəb olur.[15] Kükürd (turşu yağış komponenti), his, kül, karbon monoksit və ağır metallar (civə, kadmiyum, xrom, arsenik, qurğuşun, sink, mis kimi) və digər kanserogenlər daxil olmaqla digər zəhərli çirkləndiricilər tez-tez toz fırtınalarını müşayiət edir və viruslar, bakteriyalar, göbələklər, pestisidlər, herbisidlər, plastik maddələr, yanma məhsullarının yayılmasına səbəb olur.[16]
Tənqidçilər hökumətin ətraf mühiti qorumaq istəksizliyini Çinin ətraf siyasəti ilə ortaq bir problem olaraq qeyd edirlər. Ən son plan məsələsində belə, mütəxəssislər boşluqların mövcudluğu səbəbindən onun faktiki təsirinə şübhə ilə yanaşır. Çünki iqtisadi böyümə hələ də hökumət üçün əsas məsələdir və ətraf mühitin qorunmasını üstələyir. Lakin kömür istifadəsini azaltmaq üçün tədbirlər ciddi şəkildə tətbiq olunsaydı, bu həm də ağır sənayeyə çox güvənən yerli iqtisadiyyatın dağıdılması deməkdir. Financial Times bir işçininbu haqda statını qeyd etmişdi, "bu polad fabriki olmasaydı, yemək yeyəcək bir yerimiz belə olmazdı. Hər şey bu polad fabrikinin ətrafında dönür — uşaqlarımız burada işləyir."[17]
Elm adamları Çinin hava çirkliliyinin qonşu ölkələrə təsiri barədə hələ bir fikirdə deyillər. Cənubi Koreyadakı bəzi siyasətçilər, Koreyanın hava çirkliliyinin yarısından çoxunun Çində yaranan incə tozdan qaynaqlandığını iddia edir, lakin Çin bununla razılaşmır.[18]