Çində yaşayan xalqlar

Çində rəsmən 56 millət yaşayır.

Çindəki Türk xalqları

[redaktə | mənbəni redaktə et]

Çin XR-da 11 türk əsilli etnik qrup yaşamaqdadır : uyğurlar, qazaxlar, qırğızlar, salarlar, yuğurlar, abdallar, özbəklər, tatarlar, tuvalar, İli türkləri, yakutlar və Fuyu qırğızları. 2000-ci ildə aparılmış siyahıyaalmanın elan olunmuş rəsmi nəticələrinə əsasən Çində 8.399.393[1][2] nəfər uyğur, 1.250.458[3] nəfər qazax, 160.823[4] nəfər qırğız, 104.503[5] nəfər salar, 13.719[6] nəfər yuğur, 12.370[7] nəfər özbək və 4.890[8] nəfər tatar olmaqla 9.946.156 nəfər türk kökənli əhali yaşayır. Ölkədəki uyğur, qazax və qırğızların əksəriyyəti, həmçinin tuvalar Sintzyan-Uyğur Muxtar Rayonunda məskunlaşmışdırlar.

Çində muxtariyyət almış Türk xalqları

  • Uyğurlar : Sintszyan-Uyğur Muxtar Rayonu
  • Qazaxlar : Ardunsüykedə, Dulanda, Haysidə, Aksayda və Sintszyan — Uyğur muxtar bölgəsində yaşayırlar.
  • Qırğızlar : özlərini "Kırqızdar" adlandırırlar, 2000-ci il siyahıya almasına əsasən Çində 160.823[4][9] (158,775 nəfəri Sintszyan-Uyğur Muxtar Rayonunun ərazisində yaşamışdır) nəfər qırğız məskunlaşmışdır. Sintszyan–Uyğur Muxtar Rayonunda yaşayan qırğızların əksəriyyəti — 124.533 nəfəri və ya 78%-dən çoxu Qızılsu-Qırğız Muxtar Dairəsinin (2000-ci il s.a.-na görə M. D. əhalisi 281.306 nəfəri uyğur, 124.533 nəfəri qırğız, 28.197 nəfəri çinli, 4.662 nəfəri tacik, 432 nəfəri dunsyan, 558 nəfəri digər millətlər olmaqla cəmi 439.688 nəfər olmuşdur.) Akto,[9] Akçi[9] və Vüqia[9] (türkcə əsl adı Uluqçat) qəzalarında, qalan 34.242 nəfər isə Aksu dairəsinin Uşi[9] (türkcə əsl adı Uçturfan) və Bayçen[9] (türkcə əsl adı Bay və ya Bəy) qəzalarında, İli-Qazax Muxtar Dairəsinin Çjaosu[9] (türkcə əsl adı Monqolkürə-dir, mənası uyğur dilində "Monqol Məbədi" deməkdir) və Tekes[9] qəzalarında yaşamaqdadır.
  • Tuvalar : özlərini "Tıvalar" adlandırırlar, 1999-cu ilə aid olan tədqiqatlara görə Çindəki tuvaların sayı təxminən 2.400[10][11] nəfərdir. Öz milli dillərini və milli türklük şüurlarını qorumuşdurlar. Bununla belə onların 90%-i qazax dilində, 30%-ə qədəri də monqol dilində (kalmık dialekti) danışa bilir, həmçinin çin dilində yaza və oxuya bilirlər.[11] Sintszyan-Uyğur Muxtar Rayonunun İli-Qazax Muxtar Dairəsinin Altay qəzasında Burçun (ing: Burjin, uyğ: Burçin), Xabaxe (ing: Habahe, uyğ:Qaba), Fuyun (ing: Fuyun, uyğ: Köktokay) və Altay nahiyyələrində (Burçun nahiyyəsinin Xom və Xanas kəndlərində, Xabaxe nahiyyəsinin Aq Xava kəndində və Altay nahiyyəsinin inzibati mərkəzi olan Altay şəhərində) yaşamaqdadırlar.[11] Ehtimal olunur ki, siyahıyaalma zamanı tuvaların dil və mənşə tədqiqi aparılmadan monqollarla yemək, geyim, irqi görünüş və sairə kültür bənzərliyi əsas götürülmüş və onlar monqol olaraq qeydiyyata alınmışlar.[11]Haşiyə : Altay qəzasının ərzisi 118 min km²-dir, əhalisi 2000-ci il s.a.-na görə 561.757 nəfər olmuşdur : 288.612 nəfəri qazax, 229.984 nəfəri çinli, 22.166 nəfəri xuey, 10.068 nəfəri uyğur, 5.486 nəfəri monqol, 1.724 nəfəri dunsyan, 1.236 nəfəri tatar, 2.481 nəfəri isə digər millətlər olmaqla. Onlardan qazax, xuey (kökən olaraq çinlidirlər, keçmiş SSRİ-da elmi ədəbiyyatda onlar "dunqan" adlanırdılar, leksikasına xeyli ölçüdə türk dilinin karluk-çağatay-uyğur ləhçəsi təsir göstərmişdir), uyğur, dunsyan (monqol kökənli) və tatar etnik qrupları müsəlmandırlar.
  • Salarlar : özlərini "Salır" adlandırırlar.[12] "Salar" bu etnik qrupun adının çin dilində deyiliş şəkilidir. Azərbaycan dilində düzgün deyilişi "salur"dur.[12] Çinin Tsinxay vilayətinin Xaydun dairəsinin Syunxua-Salar Muxtar Qəzasında[5] 63.859 nəfər (məlumat 2000-ci il s.a.-na aiddir: Syunxua-Salar MQ-da ümumi əhali 104.452 nəfər olmuşdur), Tsinxay vilayətinin Xaydun dairəsinin Xualun-Xuey Muxtar Qəzasında[5] 11.100 nəfər (məlumat 2000-ci il s.a.-na aiddir: Xualun-Xuey MQ-da ümumi əhali 213.716 nəfər olmuşdur), Qansu vilayətinin Linsya-Xuey Muxtar Dairəsinin Tszişişan-Baoan-Dunsyan-Salar Muxtar Qəzasında[5] 25.782 nəfər və Sintszyan-Uyğur Muxtar Rayonunun (tarixi adı Şərqi Türkistan və ya Uyğurustan) İli-Qazax Muxtar Dairəsinin inzibati mərkəzi İnin (əsl-keçmiş adı Güljə olmuşdur. Bu söz türkcə olub qazax dilində vəhşi dağ qoyununun iri erkəyini bildirmək üçün istifadə olunur) şəhərində[5] 3.762 nəfər salar türkü məskunlaşmışdır. Hazırda Çində 14 tümən yəni 140 min nəfər salar türkü yaşamaqdadır.[12] Tarixi məxəzlərə dayanılaraq ehtimal edilir ki, ipək ticarəti ilə əlaqədar Salarlar hazırda Çində yaşadıqları ərazilərə XIV əsrdə o zaman məskun olduqları Səmərqənd şəhəri yaxınlığından köç etmişdirlər, köçəri deyildilər, oturaq əhali idilər və əsasən ipəkçiliklə məşğul olurdular.[13] Salarlar etnik mənşə və danışdıqları ana dilləri etibarilə Türk dillərinin Oğuz yarımqrupuna daxildirlər.[14] Hazırda salar dilini demək olar ki, bu etnik qrupun bütün fərdləri, həmçinin etnik salarların çoxluq olduqları bölgələrdə ətrafda yaşayan türk olmayan digər dillərin daşıyıcıları da (xüsusiylə kişilər) bilirlər.[5] Adətən salarlar ana dillərindən əlavə bir və ya bir neçə dildə danışa bilirlər. Beləki onların böyük bir qismi uyğur və çin dillərində, çox az hissəsi isə tibet dilində danışmağı bacarır.[5] Salar dili iki dialektə sahibdir : cizi və menqda. Cizi dialekti salarcanın qrammatikasında standart olaraq qəbul edilir.[5] Leksikasına nəzər salınarkən uyğur və qazax dillərinin təsiri hiss edilir. Salarlar X əsrdən başlayaraq XX əsrin sonlarınadək ərəb əlifbası əsasında hazırlanmış türk əlifbasından istifadə etsələr də, 1969-cu ildən 2008-ci ilədək Uyğur Latın Əlifbasından, 2008-ci ildən bəri isə salar dilinə uyğunlaşdırılmış yeni latın əlifbasından (salarca : Salır Latin Oğuş), həmçinin ölkədə rəsmi olan çin əlifbasından istifadə edirlər.[15] (Salır Latin Oğuş: Aa Bb Cc Çç Dd Ee Ff Gg Ğğ Hh Iı İi Kk Ll Mm Nn Ññ Oo Öö Pp Qq Rr Ss Şş Tt Uu Üü Vv Xx Yy Zz)[16] Dindarlarının əksəriyyəti İslam dininə (süni və sufi) etiqad etməkdədir, fərdlərinin təxminən 52%[5] oxuyub-yazmağı bacarır.
  • Fuyu qırğızları : eyniylə tuvalar kimi müsəlman olmayan türk kökənli topluluq olub Mancuriya vilayətində Qiqihaer rayonunun Fuyu nahiyyəsindəki bir neçə kənddə yaşamaqdadırlar. 2000-ci ilə olan təxminə əsasən sayları 1.000 nəfər ətrafındadır. 35 yaşdan aşağı olanların demək olarki, 90%-i öz dilini bilmir və ya bu dildə çox az söz başa düşür, gündəlik həyatda əsasən monqol və çin dilindən istifadə edirlər. Daha yaşlı nəsil ilə aparılmış sorğu anketlərinə əsasən fuyu qırğız dilinin xakas dili ilə olduqca yaxın olduğu qənaətinə varılmışdır. Ehtimal olunur ki, fuyu qırğızlarını hazırkı yaşadıqları yerlərə bu bölgədə yaşayan monqollarla birlikdə 18-ci əsrdə Çində hakimiyyətdə olan Mancur əsilli xanədanlıq hazırkı Şimali Monqolustan ərazisindən köçürüb gətirmişdir və ehtimal olunur ki, hazırda Fuyu bölgəsində monqollar içərisində asmilə olmuş minlərlə fuyu qırğızı vardır. Ancaq onlar artıq öz milli şüurunu itirmişdirlər.
  • Abdallar : özlərini "Əynülər" adlandırırlar, sayları 1996-cı ilə olan təxminə əsasən 30,000[17] nəfərdir. 2000-ci il s.a. zamanı uyğur olaraq qeydə alınmışdırlar. Rusiya FR-da və Yaponiyada yaşayan "Ayn" etnik qrupuyla eyni deyillər.[18]
  • İli türkləri : Milli təsnifata görə özbək əsilli hesab edilirlər.[19]
  1. "Ethnic Minority Elites in China's Party-State Leadership: An Empirical Assessment" (PDF). 2021-08-30 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-12-29.
  2. China.org.cn :The Uygur ethnic minority Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine
  3. China.org.cn : The Kazak ethnic minority Arxivləşdirilib 2022-08-07 at the Wayback Machine
  4. 1 2 China.org.cn : The Kirgiz ethnic minority Arxivləşdirilib 2022-08-07 at the Wayback Machine
  5. 1 2 3 4 5 6 7 8 9 Ethnologue.com :report for language code:slr Arxivləşdirilib 2008-09-18 at the Wayback Machine
  6. China.org.cn :The Yugur ethnic minority Arxivləşdirilib 2007-03-14 at the Wayback Machine
  7. China.org.cn :The Ozbek ethnic minority Arxivləşdirilib 2022-08-07 at the Wayback Machine
  8. China.org.cn :The Ozbek ethnic minority Arxivləşdirilib 2022-08-07 at the Wayback Machine
  9. 1 2 3 4 5 6 7 8 Ethnologue.com :report for language code:kir Arxivləşdirilib 2010-02-11 at the Wayback Machine
  10. Министерства культуры Республики Тыва :Язык Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine
  11. 1 2 3 4 Ethnologue.com :report for language code:tyv Arxivləşdirilib 2010-10-08 at the Wayback Machine
  12. 1 2 3 Göktürkcə Araştırmaları :Salar Türkleri İle Söyleşi Arxivləşdirilib 2021-09-28 at the Wayback Machine
  13. Uluslararası Sosyal Arastırmalar Dergisi, Ersin Teres: "İli Salır türkcəsinde ve Türkmen türkcəsinde isim çekimi". Arxivləşdirilib 2021-05-14 at the Wayback Machine Cilt: 4, Sayı: 18, Yıl: 2011
  14. salars.cn :Salırça ve Oğuş Arxivləşdirilib 2012-10-29 at the Wayback Machine
  15. salars.cn :Salar Latin aifabesi Arxivləşdirilib 2012-10-29 at the Wayback Machine
  16. salars.cn :Salırça Arxivləşdirilib 2012-10-29 at the Wayback Machine
  17. Svenska Forskningsinstitutet i Istanbul, Published with fõnancial support from Magn. Bergvalls Stiftelse, Lars Johanson :Discoveries on the Turkic Linguistic Map Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine:…Eynu
  18. Ethnologue.com :report for language code aib
  19. Ethnologue.com :report for language code ili Arxivləşdirilib 2012-10-01 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]