Çingiz xan: torpağın və dənizin axırına qədər (Yaponca: 蒼き狼 地果て海尽きるまで Rom: Aoki Ōkami: Chi Hate Umi Tsukiru Made) 2007-ci ildə Yaponiya və Monqolustanın müştərək istehsalı olan və Çingiz Xan haqqında çəkilmiş olan tarixi dramdır. Rusiyada film “Böyük monqol: Çingiz xan” adı ilə nümayiş etdirilmişdir.
Çingiz xan: Torpağın və dənizin axırına qədər | |
---|---|
yap. 蒼き狼 〜地果て海尽きるまで〜 | |
Janr | bioqrafik film, dram filmi |
Rejissor | Shinichiro Sawai |
Prodüserlər |
Minoru Ebihara Haruki Kadokawa Katsuhito Matsuura Yutaka Okada Akihiko Osugi Yoshiaki Tokutome |
Ssenari müəllifləri |
Takehiro Nakajima Shoichi Maruyama Seiichi Morimura (roman) |
Baş rollarda |
Takashi Sorimachi Ray Kikukawa Mayumi Wakamura |
Bəstəkar | Taro İvaşiro |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2007 |
Müddət | 136 ± 1 dəq. |
Ölkə | |
Dil | yapon dili |
Rəng | rəngli |
IMDb | ID0770722 |
Film Takehiro Nakajima və Şoyçi Maruyamanın yapon klassiki Yasuşi İnouenin (1907–1991) “Mavi qurd” (1960) adlı tarixi romanının ekranlaşdırılmış versiyasıdır.
30 milyon dollarlıq büdcəsi olan film 2006-cı ildə dörd ay ərzində Monqolustanda çəkilmişdir. Filmin çəkilişləri zamanı 27 000-dən çox insan, o cümlədən də 5 000 Monqolustan əsgəri iştirak etmişdir[1].