Çirkab (ing. Filth) – 2013-cü ildə irland yazıçısı İrvin Uelşin eyniadlı romanı əsasında Con S. Beyrdin rejissorluğu ilə kriminal komediya-dram janrında çəkilmiş şotland filmidir. Film Şotlandiyada 27 sentyabr, İrlandiya və Britaniyada isə 4 oktyabr 2013-cü ildə vizyona girmişdir. ABŞ kinoteatrlarında filmin debütü 30 may 2014-cü ildə baş tutmuşdur.[6]
Çirkab | |
---|---|
Filth | |
| |
Janr | dram filmi[4][5], cinayət filmi[4][5], komediya-dram, roman ekranlaşdırması[d] |
Əsas mövzu | alkoqolizm |
Rejissor | Con S. Beyrd |
Prodüserlər |
Con S. Beyrd Mark Amin Kristian Angermayer Uill Klark Stefan Mao Ken Marşall Cens Meurer Selin Rattray Trudi Stayler |
Əsərin müəllifi | İrvin Uelş |
Ssenari müəllifi | Con S. Beyrd |
Baş rollarda |
Ceyms MakEvoy Ceymi Bell Eddi Marsan İmocen Puts Cim Brodbent |
Operator | Metyu Censen |
Bəstəkar | Klint Mansell |
İstehsalçılar |
İstefsal edən: Steel Mill Pictures, Film i Väst Distribütor: Lionsgate (BK) |
Distribütor | Lionsgate, Netflix, Hulu[d] |
İlk baxış tarixi |
27 sentyabr 2013 (Şotlandiya) 4 oktyabr 2013 (BK) |
Müddət | 97 dəq.[1] |
Büdcə | £3 milyon[2] |
Gəlir | $6,231,007 (BK)[3] |
Ölkə | Şotlandiya |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Edinburq |
IMDb | ID1450321 |
Bryus Robertson (Ceyms MakEvoy) Edinburqda polis serjantıdır; intriqant, manipulyativ, insanlara dəyər verməyən bir insandır, vaxtını narkotik alkoqol və bəzən də cinsi təcavüzlə keçirir, şəxsi evfemizmindən doğan çirkli oyunlarına ətrafındakı bir çox insanları cəlb edir. Robertson əxlaqlı və yaxşı tərbiyə görmüş dostu Klifford Bleysdi (Eddi Marsan) tez-tez qorxutmaqdan zövq alır, o, tez-tez masson lojasının üzvü olan bu dostunun arvadına zənglər edərək, oyunlarından biri kimi, onu qorxudur.
Robertsonun həyatda əsas məqsədi detetktiv inspektor vəzifəsinə yüksəlməkdir və yapon tələbəbib öldürülməsi ilə bağlı araşdırmanı aparmağa başladıqda bu arzusuna gedən yolun açıldığını düşünür. Yavaş-yavaş o reallığa nəzarətini itirir, bununla belə oyunlarını davam etdirir, ağır hallüsinasiyalardan əziyyət çəkir. Filmin sonuna yaxınlaşdıqca onunhallüsinasiyaları daha da ağırlaşır və Bryus havalanır. Yuxu şəklində görünən və ona ağır psixotrapik dərmanlar verən həkimi vasitəsiylə məlum olur ki, Bryus körpəliyinin hansısa dövründə kiçik qardaşının ölümünə səbəb olmuş qəzanın baş verməsində özünü günahlandırır. Məlum olur ki, onun arvadı başqa kişiyə görə Bryusu tərk edib və qızı ilə görüşməsinə də imkan vermir, Bryus isə ağır psixoloji durumda, arvadını öz yanında hiss eləmək üçün onun paltarlarını geyinərək özünü qadın kimi aparır.
Qadın paltarında küçədə gəzərkən o, cinayətkar dəstə (filmin əvvəlində tədqiqatına başlanan cinayət işini törədən dəstə) tərəfindən ələ keçirilir və döyülür. Lakin, o, dəstənin rəhbərini pəncərədən ataraq öldürür və ağır vəziyyətdə iş yoldaşları tərəfindən tapılır. Baş verən hadisələrin nəticəsi olaraq Robertson nəinki vəzifədə qaldırılmır, əksinə vəzifəsi aşağı salınır, yeni işçi Rey Lennoks (Ceymi Bell) isə inspektor vəzifəsinə yüksəlir. Daha sonra Bryus video çəkərək etdiklərinə görə üzr istəyir. Bryus filmin sonunda özünü asaraq öldürməyə cəhd edir, lakin qapını döyən qadın və oğlu (filmin əvvəlində onalr bir neçə dəfə Bryusla qarşılaşır və ona müsbət təsir göstərirlər) ona mane olur.
Şotlandiyada açılış həftəsində £250,000 gəlir əldə edən film hit paradlarda birinci yerə yüksəlmişdir.[7] Növbəti həftədə Britaniyada vizyona girən film ilk həftəsonunda £842,167 ($1.4 milyon) gəlir əldə etmişdir.[8]
Rotten Tomatoes filmi 10 ballıq sistemlə 6.3 balla dəyərləndirən 76 tənqidçinin fikrinə əsasən, 63% müsbət reytinqlə qiymətləndirir. Orta rəydə bildirilir ki, “əyri, çirkli, xoşagəlməz entusiazmlı Çirkab filmi öz adını çox yaxşı doğruldur.”[9]