Çobankol kənd məscidi — XIX əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Zaqatala rayonunun Çobankol kəndində yerləşir.
Çobankol kənd məscidi | |
---|---|
41°32′17″ şm. e. 46°42′03″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşir | Çobankol, Zaqatala |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | islam memarlığı |
Vəziyyəti | qəzalıdır |
Rəsmi adı: İNV № 5243 | |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Çobankol kənd məscidi XIX əsrdə Azərbaycanın Zaqatala rayonunun Çobankol kəndində yerli əhalinin dəstəyi ilə tikilib.[1]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[2] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[3] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[3][4] Çobankol məscidi də bu dövrdə ibadətə bağlanıb. Məscidin binasından 1988-ci ilə qədər anbar kimi istifadə olunub. 1989-cu ildə təkrar dindarların istifadəsinə verilib.[5]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6]
2012-ci ildə Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələdən sonra məscidin binası qəzalı vəziyyətə düşüb.[1]
Hazırda məscid qəzalı vəziyyətdədir və fəaliyyət göstərmir.[1]
Həyətyanı sahəsi 800 kv.metr, iç sahəsi isə 20x10 metrdir. Məscid çaylaq daşı və bişmiş kərpiclə tikilib.[5] Arxa divarında daş kitabə həkk edilib. Tağvari formalı bir giriş qapısı var. Giriş qapısının önündə 7 tağlı eyvan var. 5 pilləli taxtadan düzəldilmiş minbəri var.[5]