Çobankol — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Çobankol | |
---|---|
41°32′22″ şm. e. 46°41′57″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6215[1] |
14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Car-Muxax şöbəsi, Qımır kənd cəmiyyəti tərkibinə daxil olan Çobankol kəndində 158 evdə sünni etiqadlı müsəlman tatarlardan[2] (156 evdə 342 nəfəri kişilər və 313 nəfəri qadınlar olmaqla toplam 655 nəfər) və avarlardan (2 evdə 3 nəfər kişilər və 4 nəfəri qadınlar olmaqla toplam 7 nəfər) ibarət 662 nəfər (345 nəfəri kişilər, 317 nəfəri qadınlar) əhali yaşayırdı.[3] Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdirlər.
Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.[4]
Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |