Çorpan Tarkan — VII əsrdə yaşamış Xəzər kökənli Göytürk komandanıdır. Çorpan Tarkan erməni tarixçisi Movses Kaqankatvatsi tərəfindən Xəzər generalı olaraq təqdim edilmişdir.[1]
Tonq Yabqu xaqanın 627–629-cu illərdə Üçüncü Göytürk-Sasani müharibəsində sasaniləri məğlubiyyətə uğratdığı dövrdə Çorpan Tarkan Tonq Yabqu xaqanın qardaşı oğlu Börü Şadın Qafqazdakı ordusunda komandan olaraq xidmət etməkdə idi.[2] Çorpan Tarkan bu müharibə zamanı, 629-cu ildə Sasanilər ilə döyüşərək Tiflisi fəth etdi və Cənubi Qafqazda Qəbələ şəhərinə yerləşdilər.[3] Tiflisin fəth edilməsi ilə göytürklər sasanilərə böyük zərbə vurmuş və bu vəziyyət Sasanilərin Anadoludakı hərəkatlarını dayandırıb ordularını Qafqaza göndərmələrinə səbəb olmuşdur. Daha sonra Çorpan Tarkan Qafqazdakı irəliləmə hərəkatını davam etdirərək 630-cu ilin aprel ayında indiki Qərbi Azərbaycanı işğal edib, yerlə bir etdi. Bu vəziyyətə görə, Çorpan Tarkan yenə erməni tarixçi Movses Kaqankatvatsi tərəfindən qana susamış və iyrənc biri olaraq tanıdılmışdır. Ardıyca Çorpan Tarkan Araz çayına qədər bütün Şimali Azərbaycanı fəth etdi. Bundan sonra Sasani imperatoru Şahrbaraz tərəfindən göytürklər üzərinə göndərilən və əksəriyyəti atlılardan təşkil edilmiş 10.000 nəfərlik güclü ordu Çorpan Tarkan tərəfindən tələyə salındı və məhv edildi.[4]