Üçüncü fars-türk müharibəsi — Sasanilər İmperiyası ilə Qərbi Göytürk xaqanlığı arasında üçüncü və sonuncu münaqişə idi. Əvvəlki iki müharibədən fərqli olaraq, döyüşlər Mərkəzi Asiyada deyil, Cənubi Qafqazda aparılmışdı. 627-ci ildə düşmənçiliyi Qərbi Göytürk xaqanlığının hökmdarı Tonq Yabqu xaqan və Bizans İmperiyasının hökmdarı I İrakli başlatdı. Onlara avarlarla müttəfiq olan Sasani farslar qarşı idi. Müharibə son Bizans-Sasanilər müharibəsinin arxa planında aparılmış və əsrlər boyu Yaxın Şərqdəki güclərin balansını dəyişdirən dramatik hadisələrin başlanğıcı olmuşdur (Ninova döyüşü, Müsəlmanların İran fəthi).
Üçüncü fars-türk müharibəsi | |||
---|---|---|---|
Tarix | 627–629 | ||
Yeri | Cənubi Qafqaz | ||
Nəticəsi | Türk-Bizans qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Avarlarla farsların Konstantinopolun mühasirəsindən sonra, mühasirəyə alınan Bizans İmperiyasının hökmdarı I İrakli siyasi cəhətdən izolyasiyada idi. O, Pravoslav Kilsəsi tərəfindən dönük kimi tanınan, Qafqazın xristian erməni potensiallarına güvənmirdi və hətta İberiya kralı dini tolerant farslarla dostluq etməyi üstün tuturdu. Bu məyusluq fonunda, o, Tonq Yabqu xaqanın simasında özünə təbii müttəfiq tapdı.[1] 568-ci ilin əvvəlində, İstəmi xaqanın rəhbərliyi altında türklər, İranla ticarət münasibətləri pozulduğundan, Bizans İmperiyasına üz tutmuşdu.[2] İstəmi Konstantinopola 568-ci ildə çatan, soqdianalı diplomatın rəhbərlik etdiyi səfirlik yollamışdı. Onlar II Yustinə ipək hədiyyəsindən başqa, Sasanilər İmperiyasına qarşı ittifaq təklif etdi. II Yustin razılığa gəldi və Qərbi Göytürk xaqanlığına səfirlik göndərib, soqdilərin istəyi birbaşa Çin ipək ticarətini təmin etdi.[3][4]
625-ci ildə I İrakli onun Endryu adlı emissarını çöllərə göndərdi, hansı ki, xaqana hərbi yardımın əvəzinə "çoxlu zənginlik" vəd etdi. Xaqan, öz növbəsində, İpək Yolu boyunca Çin-Bizans ticarətini təmin edilməsində narahat idi, hansı ki, ikinci fars-türk müharibəsindən sonra farslar tərəfindən pozulmuşdu.[5] O, imperatora mesaj göndərib, qeyd etdi ki, "mən sənin düşmənlərindən intiqam alacağam və köməyinizə qüvvətli qoşunlarımla birlikdə gələcəyəm".[6] Min atlıdan ibarət olan hissə Fars Qafqazı yolunda döyüşərək, xaqanın mesajını Anadoluda Bizans düşərgəsinə çatdırdı.
627-ci illərin əvvəllərində Göktürklər və onların Xəzər müttəfiqləri Dərbənddə Xəzər qapılarına yaxınlaşdılar. Bu yeni tikilmiş qala Ağvaniya (müasir Azərbaycan) məhsuldar torpaqlarının yeganə qapısı idi. Lev Qumilyov qeyd edirdi ki, Ağvaniyanın yüngül silahlı qoşunları Tonq Yabqu xaqanın rəhbərliyindəki ağır atəş ordusuna qarşısında dişsiz idi.[7] Onun qoşunları Dərbəndə hücum edərək, Ağvaniya üzərinə sürgün etdilər və onu tam talan etdilər. Dərbəndin çökməsini tarixçi Moisey Kalankatlı ətraflı təsvir edilmişdir, hansı ki, hadisələrin şahidi olmuşdur:
Dənizdə dalğalar kimi, türklər Çora (Dərbənd) şəhərinə endilər və onu tamamilə məhv etdilər. Bu əclaf, çirkin təcavüzkarların qoşunlarının maili və qapaqsız gözlərini, qadın kimi axan saçlarını görən sakinlər vahiməyə düşmüşdü. Xüsusilə olaraq, onların vahiməli oxçuları, bacarıqlı və güclü idi və dolu kimi oxları yağdırırdı, vəhşi canavarlar kimi, utanmadan özlərini adamların üstünə atırdı və şəhərin küçələrində və meydanlarında onları amansızca kəsirdi. Onlar həttə kəsilmiş analarına sarılan uşaqlara qarşı amansız olub, süd kimi uşaqların qanını sormuşdu.[8] |
Nüfuzlu sayılan qalanın məhvi bütün ölkədə çaxnaşmaya səbəb oldu. Ağvanlı qüvvələr paytaxt Partava geri çəkildilər, hansını ki, Qafqaz dağları üçün düzəltmişdilər. Göktürklər və Xəzərlər onları Kalankatuyk kəndi yaxınlığında yaxaladılar, harada ki, onları ya öldürdülər və yaxud məhbus etdilər. Moisey tərəfindən qeyd edildiyi kimi, fatihlər Ağvaniya üçün ağır bir vergi sistemi tətbiq etmişdi:
Şimal hökmdarı bütün ölkədə xaos yaymışdı. O, öz qoşunlarını hər cür sənətkar, xüsusilə qızılların yuyulmasında, gümüş və dəmir hasilatı, həmçinin mis maddələr çıxarmasında təcrübəli olanlar ilə məşğul olmaq üçün yollamışdı. O, ənənəvi şəkildə fars hakimiyyət orqanları tərəfindən ödənilən didrahmi ilə yanaşı, balıqçılardan və böyük Kür və Araz çaylarından gələn mallardan vergi tuturdu.[9] |
Türk-Bizans hücumunun növbəti məqsədi İberiya Krallığı idi, hansının ki, hökmdarı I Stefan II Xosrova tabe idi. Moisey Kalankatlıya görə, xəzərlər "məşhur və böyük şibik ticarət şəhəri olan Tbilisini mühasirəyə aldılar", harada ki, imperator İraklin qüdrətli ordusu ilə bir araya gəldilər.[10]
İrakli və Tonq Yabqu (Bizans mənbələrində Ziebel kimi qeyd olunur) Narikala divarlarının altında görüşdülər. Yabqu atla imperatorun yanına getdi, çiynindən öpdü və ox yaratdı. Bunun əvəzində İrakli barbar hökmdarını qucaqladı, onu oğlu adlandırdı və öz diademini onun başına tac etdi.[11] Gələn bayram zamanı, Xəzər liderləri sırğa və paltar şəklində geniş hədiyyələr aldılar, Yabqu isə imperatorun qızı Yudoksia Epifaniyaya evlənməyə söz verdi.[11][12]
Mühasirə çox irəliləməyərək sürükləndi, mühasirəyə alınan salyaklar tərəfindən tez-tez kəsilirdi. İki ay keçdikdən sonra Xəzərlər çölə çəkilib, payızda gələcəyini vəd etdilər.[13] Tonq Yabqu özünün gənc oğlu və ya qardaşı oğlu olan Böri Şadı İrakliyə köməkçi olmalı qırx min döyüşçünü həvalə etdi. Bu müddətdən əvvəl, Bizanslılar təkcə mühasirəni davam etdirirdi və mühasirəyə alınan adamlar tərəfdən istehza olunurdu.[14]
Gürcülər imperatorun insestli nigahına işarə olaraq, onu "keçi" olaraq adlandırırdı. İrakli Danielin kitabından bir keçid xatırladaraq, bir buynuzlu keçi tərəfindən devrilmiş iki boynuzlu qoçu vurğulayırdı. O, bunu yaxşı bir işarə kimi şərh edib, İrana qarşı cənub tərəfə irəllədi. 627-ci ilin dekabrın 12-də o, dəclənin sahilində ortaya çıxdı və Ninevanın qalıqları yaxınlığında fars qüvvələri ilə döyüşdü. O, yanvar ayında fars paytaxtı Ktesifonun ətrafını yıxdı, Fars-Bizans münasibətlərində dəniz dəyişikliyini etdi.
İraklinin zəfərindən sonra Tong Yabqu Tbilisinin mühasirəsini davam etdirməyə tələsdi və qışda şəhərə uğurla hücum etdi. Moisey Kalankatlıya görə,
Qılınclar qaldırıldıqca, divarlara irəllədilər və bir-birinin çiyinlərinə dırmanaraq, divarlarla qalxdılar. Qaranlıq vətəndaşların üzərinə qara kölgə düşdü; onlar məğlub oldular və torpaqlarını itirdilər.
|
Baxmayaraq ki, gürcülər müqavimətsiz təslim olsalar da, şəhər talan edildi və onun sakinlərinə qarşı qırğın törədildi. Tonq Yabqunun önündə, fars hökmdarı və gürcü şahzadəsini işgəncə ilə öldürdülər.[15]
Əllə döyüş təcrübəsi ilə tanınan Göktürklər, mühasirədə heç bir zaman üstünlük əldə etməmişlər. Bu səbəbdən Qumilyov, Tbilisinin xəzərlər tərəfindən zəbt olunmasını iddia edir.[16] Bu müvəffəqiyyət Tong Yabqunun nəhəng dizaynlara üstünlük verməsində ilhamlandırdı. O, bu dəfə talanın yerinə, Ağvanı xaqanata daxil etməyi planlaşdırırdı. Suyaba dönməmişdən öncə, Böri Şad və onun generallarını "O torpağın hökmdarları və zadəganlarının həyatını bacardığınız qədər qoruyun ki, onlar mənim oğlumla görüşsün, mənim qaydalarıma təslim olsun, şəhərlərindən, qalalarından imtina etsin və mənim qoşunlarımla ticarət etsin" təlimatlandırdı.[17]
Şərqdən Çinə qədər bütün yollarını gücləndirən Tonq Yabqu, İpək Yolunun qərb hissəsinə nəzarət etmək istəyirdi. 630-cı ilin aprel ayında Böri Şad Qafqazda idarəsini genişləndirməyə qərar verdi və onun generalı olan Çorpan Tarxanı 30 min süvari ilə Ermənistanı işğal etmək üçün göndərdi.[18] Köçəri döyüşçülərə xarakterik bir üsul ilə, Çorpan Tarxan Şahrbarazın işğal qarşı göndərdiyi 10,000 fars qoşununu pusquya saldı və məhv etdi.[19] Sasanilərin cavabının sərt olacağını bilən türklər, şəhərləri talan etdi və qüvvələrini çöllərə geri çəkdi.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |