Çoxçiçəkli evkalipt

Çoxçiçəkli evkalipt (lat. Eucalyptus polyanthemos) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.

Çoxçiçəkli evkalipt
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii arealı cənub-şərqi Avstraliya, Aralıq dənizi sahilləri, Afrika, Mərakeşdir. Qara dəniz sahillərində geniş əkin sahələrinə malikdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 18 m, diametri 30 sm-ə qədər olan, ortaboylu, həmişəyaşıl ağacdır. Gövdəsinin qabığı tünd qırmızı rəngli, ağır, bərk, pulcuqlu-lifli, cavan zoğlarda isə hamardır. Cavan yarpaqları 3-5 ədəd olmaqla növbəli yerləşmiş, saplaqlı, forması dairəvi, uzunluğu 4-8 sm, eni 4 sm, mavi çalarlı və ya bozumtuldur. Yetkin yarpaqları saplaqlı, növbəli düzülmüş, dar və ya enli neştərə bənzəyir, uzunluğu 5-14 sm, eni 1,5-4,5 sm olmaqla, açıq kül rənglidir. Çiçək qrupu 3–6 çiçək çətirindən ibarət olub, üst tərəfdən çətir çiçək qrupu əmələ gətirir. Çətir saplağı silindrvari, uzunluğu 5-10 mm, qönçələrin saplağı boz rəngli, sancaqvari olub, uzunluğu 7 mm, diametri 4 mm, konusvari qapaqcıqlı, lakin çiçək yatağının saplağından qısadır; tozcuq qutusu bitişik yuvacıqlı, xəncərvari və ya dördbucaqlı, sonunda məsamələri vardır. Meyvəsi saplaqlı, yarımdairəvi, yumurta və ya armudvari, uzunluğu 5-6 mm, eni 4-5 mm, kiçik diskin yanları basılmış haldadır.

Rütubətsevən bitkidir, quru subtropik iqlim şəraitində becərilir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeron, Lənkəran və Azərbaycanın bir çox bölgələrində mədəni şəraitdə becərilir.

Bitki Abşeronun iqlim şəraitinə davamlı olub, yaşıllaşdırmada istifadə üçün əlverişlidir.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]