Ölü çörəyi (türk. Ölü ekmeği) — Rəis Çəlikin 2019-cu il istehsalı türk filmi. Film Ərdahanlı yazıçı Dursun Akçamın eyni adlı əsəri əsasında ərsəyə gəlmişdir. Filmdə baş rolları Tərxan Ömərov, Borçalı aşığı Ziyəddin Əliyev, Silan Düzdaban və Mariam Buturişvili oynayır.[1]
Ölü çörəyi | |
---|---|
türk. Ölü ekmeği | |
| |
Janr | Drama |
Rejissor | Rəis Çəlik |
Əsərin müəllifi | Dursun Akçam |
Ssenari müəllifi | Rəis Çəlik |
Baş rollarda |
Tərxan Ömərov Ziyəddin Əliyev Silan Düzdaban Mariam Buturişvili |
Bəstəkarlar |
Engin Arslan Ertan Tekin Reis Çelik |
Müddət | 103 dəq |
Dillər |
Türk dili Azərbaycan dili |
İl | 2019 |
Çəkiliş yeri | Ərdahan ili |
IMDb | ID 13058330 |
İlk səhnədə aşıq və dostu buzun üzərində qırmızı bir alma tapırlar. Fikirləşirlər ki, görəsən bu alma bir gözəl tərəfindən dişlənilib ya yox.
Mustafa adlı bir yetim Aşıq Ziyəddinin yanında aşıqlıq öyrənir. Şeir dediyi zaman ustadı təklif edir ki, dilinin arasına iynə qoyub dodaqdəyməz desin. Ancaq Mustafa dodaqdəyməzin qaydalarına əməl etmədi üçün iynə dodağını sancır. Daha sonra dostları ilə ziyarətgahın (övliya qəbri və dilək ağacı) yanında görüşən Mustafa kimin daha uzağa işəyəcəyi ilə bağlı bəhsə girir. Ziyarətgahın təhqir edilməsi xəbəri kəndə yayıldıqdan sonra kəndlilər yağışın yağmamasını bu hadisə ilə əlaqələndirir və qurban kəsməyə qərar verirlər.
Aşıq Ziyəddin Mustafaya əgər ümidsiz aşıq olarsa, Məleykə-pirin ona yuxuda badə (haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunan rəmzi məcazi içki) verəcəyini deyir. Ancaq bu həm də Mustafanın heç bir zamanın sevgisinə qovuşa bilməyəcəyinin, Məleykənin bunu bildiyi üçün badəni ona verdiyinin göstəricisidir. Aşıq Ziyəddin Mustafanı Ahıskaya Aşıqlar Məclisinə götürmək istəyir. Buna öyrənən Gülbəyaz ondan Ahıska alması gətirməsini istəyir. Aşıqlar Məclisində qadın aşıq Mustafaya qırmızı alma verir. Məclisin aparıcı iştirak edən aşıqlara həm ölçüdə balaca olub, həm də on adamdan böyük olan müəmmanı (tapmaca) soruşur.
Kəndlilər qurban kəsmək üçün ziyarətgaha gedirlər. Din adamı və Aşıq Ziyəddin onlara qurbanı ziyarətgahda kəsməyin mənasız olduğunu deyirlər. Ancaq kəndlilər qurbanın ən yaxşı orada qəbul ediləcəyini bildirir. Ancaq qurban kəsilərkən kəndlilər arasında ət üstündə dava düşür, əti parçalayıb dağıdırlar. Mustafanın daxil olduğu uşaqlar qurbandan onlara pay düşmədiyi üçün əsəbləşir və dilək ağacını yandırırlar. Aşıq Ziyəddin xəstə olduğunu bildirərək Mustafaya ustadlıq etməkdən imtina edir.
Ahıskadan qayıtdıqdan sonra Mustafa xəyallarında Məleykənin Gülbəyazı ona göstərdiyini, sevdiyinə qırmızı alma verdiyi an gözdən itdiyini, dilək ağacının almasını gəlinlik geymiş Gülbəyaza verərkən almanın yoxa çıxdığını görür. Mustafanın anası Aşıq Ziyəddini yenidən ustadlıq etməyə razı salır. Aşıq Ziyəddin onu Gülbəyazın toyuna aparır. Mustafa almanı qıza versə də bəy almanı yerə atır. Qardaşı ilə danışdığı zaman Mustafa Ahıska müəmmasının toxum olduğunu başa düşür. Bunu Aşıq Ziyəddininə xəbər verməyə gedəndə onun öldüyünü öyrənir. Həm sevdiyini, həm ustadını itirən Mustafa almanı gölə atır.
Sonuncu səhnədə aşıq və dostu almanın bir gözəl tərəfindən dişləndiyini, yoxsa Həvva alması olduğunu bilmədiklərindən ona toxunmurlar.
Mükafat | Kateqoriya | Nəticə | İst.(lar) |
---|---|---|---|
28-ci Varna Beynəlxalq Film Festivalı | Tənqidçilərin mükafatı | Qazandı | [1] |
1-ci İzmir Beynəlxalq Film və Musiqi Festivalı | Ən yaxşı film | Qazandı | [2] |
32-ci Tokyo Film Festivalı | Əsas yarışma filmi | Namizəd | [3] |
21-ci Beynəlxalq Frankfurt Türk Filmləri Festivalı | Ən yaxşı musiqi | Qazandı | [4] |