Dodaqdəyməz (türk. Ləbdəyməz) — aşıq şeiri şəkli. Təcnisin əsas növlərindən biridir. Əsasən, qoşma formasında olur.[1]
Dodaqdəyməzin başlıca xüsusiyyəti şeirdə qoşa dodaq samitləri (m, b, p), bəzən isə diş və dodaq samitləri (z, v, f) olan sözlərin işlədilməməsidir. Belə şeirlərin qoşulması çətin olduğundan bu formaya az müraciət edilir. Dodaqdəyməzdə süni kəlmələrdən, təhrif olunmuş ifadələrdən istifadə edilməməlidir. Dodaqdəyməz yüksək sənətkarlıq nümunəsi hesab edilir. Aşıq Ələsgərin "A yağa-yağa", "Çata-çat", "Nə yaxşı-yaxşı", "Ay eylər qıj-qıj" və s. şeirləri dodaqdəyməzin ən gözəl nümunələrindəndir.
Qeyr eyləyər, çən çəkilər dağlara, Qəhrindən yelləri ay eylər qıj-qıj!
Qarşı gəlsə həsrət çəkən yar yara, Ağlı çaşar, ay eylər qıj-qıj!
Aşıq çaşsa, dildə "qar"a "qar" qalar, Dağlar sinəsində qara qar qalar, Gəştə çıxsa ərşə qara qarğalar, Çalar qanadların, ay eylər qıj-qıj!
Yazıq Ələsgər, əlin yetsə, nə nara, Nə həsrət çək, nə ah eylə, nə nara, Nə insandı, səngi salar nə nara, Qaynadar dərya tək, ay eylər qıj-qıj!