Ölümün toxunuşu və ya Dim Mak (sadə çin heroqlifləri: 点脉 rəsmi çin heroqlifləri: 點脈, pinyin: diǎnmài, Yutping: dim2 mak6) — qədim çin döyüş sənətlərinin sistemidir. Bir sıra döyüş sənətlərində istifadə olunur.
"Ölümün toxunuşu" Şaolin rahiblərinin gizli döyüş sənətidir. Onun analoqları Vyetnam, Yaponiya, Tibet, Hindistan, Nepal, Laos, Seylonda mövcuddur. Adından bəlli olduğu kimi "Ölüm toxunuşu" ilə insanı istənilən hala gətirmək olar. Yəni, insan bu zaman ölə də bilər. Döyüş sənətinin əsasında tibb sənəti dayanır. Ölkələrdə daha çox Kyuşo Citsu istifadə edilir. Bu ad Yaponcadır. Əslində isə "Ölümün toxunuşu" sənətidir. Bu sənətə görə, təbiət və insan eyni elementdən (ağac, od, metal, yer və su) ibarətdir. Bu səbəbdən, insan təbiətdə yaşayır və onun qanunlarına tabe olur. Əgər belədirsə, onda elementlər orqanlar və insanın daxili ilə düz gəlməlidir:
Element | Orqanlar | Daxili |
---|---|---|
Ağac | Qaraciyər | Öd kisəsi |
Od | Ürək | Nazik bağırsaq |
Metal | Ağciyər | Yoğun bağırsaq |
Yer | Dalaq | Mədə |
Su | Böyrək | Sidiklik |
Dim Makın dörd qanunu vardır: Ana və oğulun qanunu, Beş elementin qanunu, Ər və Arvadın qanunu, Səhər və Axşamın qanunu. Dim Mak sistematikasını üç sütuna ayırmaq mümkündür: Dim-Çinq (əsəb sistemləri və onların funksiyasını bilmək), Dim-Hsuyeh (insanda qan və onun dövr etməsini bilmək) və "Çi" enerjisi
Dim Makın tam tərcüməsi "Zəhərli əllər" kimi səslənir. Qədim çin döyüş sənəti olduğuna görə, bir çox fəndləri gizli saxlanılırdı. Bu döyüş sənətinə yiyələnmək üçün insanda bütün "Ölümcül nöqtələri"ni bilmək lazımdır. Dim Mak təmiz çin döyüş sənətidir. Dim Mak sənətinə görə, hər bir insanın bədənində "Çi enerjisi" vardır.[1] Həmin enerji ilə insan hər şey edə bilər. Məhz bu enerji sayəsində "Ölümün toxunuşu" baş verir. Dim Makın özü də, Kunq Funun bir növüdür. Bu səbəbdən döyüş sənəti həm də insandan məntiq tələb edir. 1997-ci ildə ABŞ-nin "Rəsmi Sağlamlıq üzrə İnstitut"unun bəyanatına görə, "Çi enerjisi" kimi anlayışlar ilə müasir biomedikal informasiyasını eyni səviyyədə tutmaq çox çətindir.[2][3]