"Ölüm və qız" (ing. Death And The Maiden) — rejissor Roman Polanskinin filmi.
Ölüm və qız | |
---|---|
ing. Death And The Maiden | |
Janr | triller |
Əsas mövzu | qisas[d] |
Rejissor | Roman Polanski |
Prodüserlər |
Tom Maunt Coş Kreymer |
Əsərin müəllifi | Ariel Dorfman |
Ssenari müəllifləri |
Rafael İqlesias Ariel Dorfman |
Baş rollarda |
Siqurni Uiver Ben Kinqsli Stüart Vilson |
Operator | Tonino Delli Kolli |
Bəstəkar | Voysex Kilar |
İstehsalçılar |
Capitol Films A Mount / Kramer Production Channel Four Films Flach Films Canal+ TF1 Films Production Fine Line Features |
Distribütor | MOKEP[d], Netflix |
İlk baxış tarixi | 23 dekabr 1994 |
Filmin növü | bədii film |
Müddət | 103 dəqiqə |
Büdcə | 12 milyon $ |
Gəlir | 3,103,716 $[1] |
Ölkələr |
ABŞ Birləşmiş Krallıq Fransa |
Dil | ingilis dili |
İl | 1994 |
Texniki məlumatlar | Dolby Stereo Digital |
Rəng | rəngli |
Çəkiliş yeri | Çili |
IMDb | ID0109579 |
Paulina Eskobar evdar qadındır və əri ilə Cənubi Amerika ölkələrinin birində yaşayır. Onun əri Herardo Eskobar tanınmış vəkil, siyasətçi və insan hüquqları üzrə komitənin sədridir. Bir dəfə gecə qasırğası zamanı Herardo avtomobil qəzasına düşür. Onu evə qonşusu Roberto Miranda gətirir.
Paulina bu qonşu-cinayətkarı tanıyır. O, faşist rejimi vaxtı Paulinaya gənc müxalifətçi qız olarkən işgəncə vermiş, onu döymüş və zorlamışdı. Artıq həmin rejimin devrilməyindən 5 il keçib. Baş vermiş hadisələr isə daha əvvəl olub. Lakin Paulina heç nəyi unutmayıb və ona verilmiş əzabların əvəzində intiqam almaq istəyir.
Roberto Mirandanın avtomobilini qaçırıb qayalıqdan aşağı atan Paulina evə qayıdır. O, artıq uzanıb yatmış Mirandaya tapança ilə zərbə endirib onu huşsuz vəziyyətə gətirir. Sonra əl-qolunu bağlayıb həmin hadisəni boynuna almağı tələb edir. Herardo Eskobar Mirandanı azad etməyə cəhd etsə də, Paulina bunun qarşısını alır.
Paulina Roberto Mirandanı sorğu-sual edir. Özününsə hər şey yadındadır. Ona təcavüz olunan vaxt klassik musiqi ifa olunurdu. O, təcavüzkarın üzünü görə bilməmişdi. Çünki gözlərini bağlamışdılar. Lakin Paulina öz zülmkarının səsini, bütün sözlərini, hətta iyini də xatırlayır. Bunlar hamısı Roberto Mirandaya çox bənzəyir. Lakin o, hər şeyi inkar edir və həmin vaxt İspaniya klinikasında işlədiyini deyir. Paulina inanmır və olanları etiraf etməsə, onu öldürəcəyi ilə hədələyir. Herardo Eskobar Mirandaya təklif edir ki, Paulinanın ondan əl çəkməsi üçün videokamera qarşısında yalançı etiraf eləsin. Buna baxmayaraq, Paulina bu yalanın da üstünü açır. Nəhayət, Paulina Mirandanı qayalıqdan itələməyə çox yaxın olduqda o, hər şeyi boynuna alır.
Filmin əvvəli və sonu eynidir: Paulina və Herardo konsert zalında əyləşib diqqətlə Şubertin "Ölüm və qız" klassik kvartetinə qulaq asırlar.