Ömər Fəxrəddin Türkqan

Ömər Fəxrəddin Türkqan (1868[1], Ruse22 noyabr 1948[1], İstanbul) — qəhrəman türk paşası.

Ömər Fəxrəddin Türkqan
Ömər Fəxrəddin paşa Balı bəy oğlu Türkqan
Şəxsi məlumatlar
Digər adı Çöl aslanı
Doğum tarixi 1868[1]
Doğum yeri
Vəfat tarixi 22 noyabr 1948(1948-11-22)[1]
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Aşiyan qəbiristanlığı[d]
Vətəndaşlığı
Milliyyəti Türk
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1888-ci ildən
Rütbəsi general-mayor
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İslam tarixi öz igidlikləri ilə dünyaya ün salmış şəxsiyyətlərlə məşhurdur. Bunlardan biri də Mədinə şəhərinin ingilis və onların "müttəfiqləri" olan ərəb qoşunları qarşısında müdafiə edilməsində böyük şücaət göstərmiş Osmanlı ordusunun komandirlərindən Ömər Fəxrəddin paşadır.

Ömər Fəxrəddin paşa Türkqan 1868-ci ildə Bolqarıstanın Ruscuq əyalətində Bali bəyin ailəsində dünyaya gəlib. 1893-cü ildə baş verən müharibədən sonra ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərinə köçüb. Hərbi məktəbi bitirdikdən sonra təhsilini hərbi akademiyada davam etdirən Fəxrəddin akademiyadan məzun olduqdan sonra Osmanlı ordusunun sıralarına qoşulur. O, Balkan müharibəsində, Çatalcanın müdafiəsində və Ədirnənin geri qaytarılması uğrunda gedən əməliyyatlarda iştirak edir.

I Dünya Müharibəsi başlandığı zaman IV diviziyanın tərkibindəki XII batalyonun komandiri kimi Mosulda xidmət edir. 1915-ci ildə IV diviziya komandiri müavini vəzifəsinə təyin olunan Fəxrəddin paşa Türkiyənin Urfa, Zeytun, MusadaşıHaçin vilayətlərində erməni üsyanlarının qarşısının alınmasında iştirak etdi.

1916-cı F. Türkqan IV ordunun komandanı Camal paşa tərəfindən Mədinəyə göndərilir. Fəxrəddin paşa Səudiyyə Ərəbistanında olarkən ingilislər ərəbləri türklərə qarşı qaldırmağa müvəffəq olurlar. Beləliklə 1916-cı ildə müqəddəs torpaqlarda Osmanlı dövlətinə qarşı Şərif Hüseyn üsyan başlayır. Fəxrəddin paşa sahib olduğu məhdud imkanlara baxmayaraq, qabaqcadan aldığı tədbirlər sayəsində 2 il 7 ay ərzində Mədinəni ingilis və ərəb qoşunlarından müdafiə edə bilir. Şəhərin qarət oluna biləcəyini nəzərə alaraq, 30 ədəd müqəddəs əmanəti 2000 əsgərin mühafizəsi altında İstanbula göndərir. Mədinə şəhərinin ətrafı üsyançılar tərəfindən ələ keçirildiyi zaman İstanbuldakı hökumət Mədinənin boşaldılmasını istəyir. Fəxrəddin paşa "Peyğəmbərin qəbrinin yerləşdiyi Mədinədəki Osmanlı bayrağını öz əlimlə endirə bilmərəm" deyərək, şəhərdən ayrılmağı qəbul etmir.

1918-ci ilin oktyabr ayının 30-da Osmanlı İmperiyası Mudros müqaviləsini imzalayaraq, I Dünya Müharibəsindən çəkildiyini bildirir. Müqavilənin 16-cı maddəsinə görə, F. Paşanın təslim olaraq Mədinəni trk etməsi nəzərdə tutulurdu. Ancaq Fəxrəddin paşa müqavilənin şərtlərini bildirmək üçün Mədinəyə gələn zabiti həbs edərək, xəbərin yayılmasının qarşısını alr. Osmanlı dövlətinin təslim olmasından sonra daha 72 gün müqavimət göstərən Paşa qida, dava-dərman və silah-sursatın bitməsindən sonra öz əsgərləri tərəfindən nəzarət altına alınır və şəhər 1919-cu il yanvar ayının 13-də təslim olur. Beləliklə, Mədinədə 400 il davam edən türk hakimiyyətinə son qoyulur. İngilislər tərəfindən "çöl aslanı" adlandırılan Fəxrəddin paşa hərbi əsir kimi əvvəlcə Misirə, daha sonra isə Maltaya göndərilir. Maltada iki il 33 gün sürgündə qaldıqdan sonra 1921-ci ilin aprel ayının 8-də bəraət alır. Bundan sonra Mədinə aslanı F. Türkqan Türkiyəyə qayıdıraraq, milli azadlıq mübarizəsinə qoşulur. 1921-ci ilin 9 noyabr tarixli fərmana əsasən Fəxrəddin Paşa Türkiyə Respublikasının Əfqanıstandakı səfiri vəzifəsinə təyin olunur. Diplomatik fəaliyyətindən sonra Ömər Fəxrəddin paşa Türkiyənin hərbi prokurorluq orqanlarında işləyir və 1936-cı ildə təqaüdə çıxır. "Çöl aslanı" və "Mədinə aslanı" ləqəbləri ilə anılan Ömər Fəxrəddin paşa 1948-ci il noyabr ayının 22-də dünyasını dəyişir. Paşanın əsas xüsusiyyətlərindən biri getdiyi bütün əyalətlərin fotoşəklini çəkməsi idi.

Ömər Fəxrəddin Türkqan ondan Mədinəni tərk etməsi tələb olunduğu zaman belə cavab etmişdi:

"Ey insanlar! Sizə məlum olsun ki, igid və qəhrəman əsgərlərim son gülləsinə, son damla qanına, son nəfəsinə qədər bütün İslamın arxasını söykədiyi yer, mənəvi gücün dəstəyi, xilafətin göz bəbəyi olan Mədinənin mühafizə v müdafiəsindədir. Əsgərlərim buna müsəlman və əsgər olaraq, əzm ediblər. Bu əsgər Mədinənin dağıntıları və Rövzeyi-Mütəhhərənin yaşıl türbəsi altında qan və atəşdən biçilmiş bir kəfənlə dəfn olunmadıqca, nurlu Mədinənin qalasının bürclərindən və nəhayət Səadət məscidinin minarələri ilə yaşıl qübbəsindən qırmızı bayraq çıxarılmayacaqdır. Uca Allah bizimlə bərabərdir. Şəfaətçimiz Onun rəsulu, Peyğəmbərdir! Ey bütün tarixi bənzərsiz qəhrəmanlar, şan və şərəflə dolu Osmanlı ordusunun igid zabitləri! Ey hər cəngi zamanı cahanı tir-tir titrədən heç kimə əsla boyun əyməyən, daim namus və din borcunu qanı ilə ödəmiş igid məhmədçiklərim, qardaşlarım, övladlarım! Gəlin birlikdə Allahın və hüzurunda eşq içində gözyaşlarımızı tökdüyümüz Peyğəmbərin qarşısında eyni andı təkrar edək və deyək ki, ya Rəsulullah, biz səni tək buraxmarıq!"

Türk əsgərinə "məhmədçik" adı Fəxrəddin paşanın başçılığı ilə Osmanlı əsgərlərinin Mədinəni qəhrəmanca müdafiə etməsindən sonra verilib.

  1. 1 2 3 4 Fakhri Pasha // AlKindi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]