Özüyeriyən haubitsa və ya Özüyeriyən Artilleriya Sistemi (SPG), başqa bir nəqliyyat vasitəsinin çəkmə gücünə ehtiyacı olmadan təkərli və ya tırtıllı şassi üzərində hərəkət edə bilən bir artilleriya növüdür. Bu termin həm özüyeriyən haubitsalar, həm də raket siniflərini əhatə edir. Bu nəqliyyat vasitələri, ümumiyyətlə, üstündə haubitsalar, minaatanlar, raket və ya idarəolunan raketlər daşıyan yüksək hərəkət qabiliyyəti olan tırtıllı nəqliyyat vasitələridir. Bu silahlar döyüş regionlarında uzun mənzilli olduqlarına görə lazım olan atəş qüvvəsini təmin edirlər.
Keçmişdə özüyeriyən haubitsalar qrupuna hücum topları və tank məhv edənlər də daxil edilmişdilər. Bu ağır zirehli maşınlar əvvəlcə piyada birləşmələrini dəstəkləmək üçün istehsal edilmişdi və daha sonra tank əleyhinə silahlara çevrilmişdirlər.
Modern dövrdə özüyeriyən haubitsa sistemləri görünüşü ilə tanka bənzəsə də, incə zirehlərinə görə yaxın döyüşə dəstək ola bilmirlər. Zirehləri heyəti yalnız yüngül atəşli silahlardan və ya qəlpə qırıntılarından qoruya bilər. Bir çoxunun piyadaların atəşinə qarşı pulemyotları vardır.
Bu silahların ən böyük üstünlüyü, onları çəkməyə başqa bir vasitəyə ehtiyacı olmadan tapşırıq yerinə çox tez gedə bilmələridir. Lakin topunu atəşə hazır vəziyyətə gətirmək üçün vasitə dayandırılmalı atəşə hazırlanmalıdır. Yeni bir mövqe tutmaq üçün vasitə yenidən hazırlanmalıdır. Buna baxmayaraq, özüyeriyən olması xüsusiyyəti, bu vasitələrin düşmənlə qarşıdurmalarda güclü bir təzyiq vasitəsi olmasına imkan verir.
Bununla birlikdə, normal yedəklənən bir haubitsanın istehsalı və saxlanılması daha asandır. Yüngül olduğundan, özüyeriyən haubitsa sinfinin gedə bilmədiyi yerlərə çəkilərək aparıla bilər. Özüyeriyən haubitsaların üstünlüklərinə baxmayaraq, normal yedəklənən haubitsalar hələ də orduların arsenalındadırlar.
İlk nümunəsi ingilislər tərəfindən 1917-ci ildə Birinci Dünya Müharibəsi zamanı istifadə edilən Gun Carrier Mark I-dir (Silah Daşıyıcı Mark I). Bu haubitsa, ilk tank olan İngilislərin Mark I tankına qoyulmuş bir səhra topundan ibarət idi. İstənildikdə, top avtomobilin içərisindən və ya avtomobilin xaricinə çıxardılaraq normal bir top kimi istifadə edilə bilərdi. Bu şəkildə, top istənildiyi təqdirdə atlar tərəfindən və ya tırtıllı bir top traktoru ilə çəkilərək istifadə edilə bilərdi.
Birinci Dünya Müharibəsi dövründə bu vasitələrin faydaları göründükdən sonra, 1925-ci ildə ingilislər tərəfindən Birch istehsal edilmişdir. Bu vasitə, Vinkers sinifli tank şassisinə yerləşdirilmiş 83.8 mm və ya 75 mm səhra topundan ibarət idi. Bu haubitsa həm top, həm də zenit silahı kimi istifadə edilə bilərdi. Lakin 1928-ci ildə siyasi təzyiqlər səbəbindən istehsalı dayandırıldı.
İkinci Dünya müharibəsi başlayanda bütün artilleriya bölmələri at arabası gücündən istifadə edirdilər. Ancaq Alman Blitzkriq doktrinasına görə, zirehli birləşmələrin təcili dəstəyə ehtiyacı olan zaman, məsələn Polşanın işğalı və Fransanın işğalı zamanı bu dəstək Luftwaffeyə məxsus Stuka döyüş təyyarələri tərəfindən təmin edilirdi.
Daha sonra bütün ölkələr özüyeriyən haubitsalar istehsal etməyə başladı. Əvvəl istehsal edilmiş modellərə haubitsa və ya tank əleyhinə silahlar nəqliyyat vasitələrinə tam yığılmırdı. Bu nəqliyyat vasitələri hərəkətli idi, lakin haubitsa ekipajını qorumurdu. Növbəti addımda həm haubitsa maşına tam olaraq quraşdırıldı və heyətini qorumaq üçün şassinin yuxarı hissəsinə zireh əlavə edildi. İlk illərdə istehsal olunan bir çox vasitə, sonrakı illərdə öyrənilən təcrübələrlə daha da inkişaf etdirilməyə və istehsal olunmağa davam etdirildi. Məsələn, İngilislərin hazırladığı “Bishop” effektiv 25 pdr haubitsa daşımasına baxmayaraq kifayət qədər təsirli olmayan da, vasitənin dizaynı dəyişdirildi və müharibənin sonuna qədər eyni ilə istehsal edildi.
Almanlar isə dizaynda daha səmərəli işləyirdilər. Almanlar digər ölkələrdən qənimət kimi ələ keçirdikləri məsələn, Fransa istehsalı olan Marder II və Marder III tank şassilərinə tank əleyhinə silahlar quraşdıraraq istifadə etdilər. Bunların arasında orta və ağır tanklardan daha qalın zirehli şassi kimi istifadə edən Alman Jagdpanzer IV, Jagdpanther, Sovet SU-85 və SU-100 modellərini saya bilərik. Bunlar tanklar qədər təsirli idi, lakin qülləsiz nəqliyyat vasitələri idi. Lakin bu nəqliyyat vasitələri tanklardan xeyli ucuz olmalarına baxmayaraq, tanklar qədər hərəkətliliyə sahib deyildilər.
Digər tərəfdən ağır zirehli hücum topu, düşmən müdafiəsini aşmağa çalışan piyada birliklərinə birbaşa atəş dəstəyi təmin etmək vəzifəsi daşıyırdı. Tank məhv edənlərə bənzər görünsələr də, bu nəqliyyat vasitələri daha böyük çaplı topa və daha yüngül zirehə malik idilər. Mərmi kimi yüksək partlayıcılı mərmilər atırdı. Alman StuH 42 və Sovet SU-122 saya biləcəyimiz nümunələridir.
Bundan əlavə, bəzi ölkələr hərəkətdə olarkən də piyada birliklərinə dəstək atəşi aça biləcək vasitələr istehsal etdi. Bu nəqliyyat vasitələrinin yüngül zirehi olurdu və üst hissələri də açıq idi. Məsələn, Amerika istehsalı olan M7 Priest, İngilis istehsalı Sexton və Alman istehsalı Wespe. Ancaq Sovet istehsalçıları fərqli bir yolla gedərək piyadalara birbaşa atəş dəstəyi verən bir vasitə əvəzinə həm hücum topu, həm də haubitsa kimi istifadə edilə bilən ISU-152 istehsal etdilər. Bununla birlikdə, bu istehsalatlar arasında ən vacib yeri Sovetlərin Katyuşa olaraq bilinən özüyeriyən reaktiv yaylım atəş sistemləri tutur. Bu zirehsiz vasitənin arxa tərəfində sadə bir raket buraxıcı sistemi var idi. Ucuz olsa da, düşmənə təsiri inanılmaz idi.
İkinci Dünya Müharibəsindən sonra hücum topları yerlərini əsas döyüş tanklarına təhvil verdilər. Mühərrikli Artilleriya Sistemləri isə hələ də ordular üçün vacib bir ümumi təyinatlı səhra topu xüsusiyyəti daşıyır.
Bir çox vasitə müdafiə məqsədləri üçün minaatanlardan istifadə edir. Əsas silahı minaatan olan nəqliyyat vasitələrinə verə biləcəyimiz nümunə Amerika ordusunun istifadə etdiyi M21 yarı tırtıllı vasitədir. Bundan əlavə, İsrailin istehsalı olan Makmat M4 Sherman tank şassisinə bir minaatan quraşdırılmış vasitədir. Bu gün Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi 2S4 Tyulpan (Tulipin) 240 mm-lik ağır bir minaatan daşıyır.
Bu gün də bir çox müasir ordu tərəfindən haubitsalar istifadə olunur. Xüsusilə Soyuq müharibə dövründə və Körfəz müharibəsi dövründə nə qədər təsirli olduqları müəyyənləşdirilmişdir.
Bu gün müasir haubitsalar, Qlobal Pozisiya Sistemi (İngilis dilində Global Positioning System) sayəsində avtomatik olaraq yerləşdikləri yerin koordinatlarını əldə edə bilirlər. Bu şəkildə rəqəmsal atışa nəzarət kompüterləri və rəqəmsal rabitə sistemləri eyni anda geniş bir ərazidən eyni hədəfə atəş aça bilirlər.
Bu şəkildə atəş açıldıqdan sonra vasitə daha sürətli bir şəkildə başqa bir nöqtəyə hərəkət edə bilər və qısa müddətdə yenidən eyni nöqtəyə atəş aça bilər. Beləliklə, düşmən atəşinə məruz qalmadan eyni hədəfi fərqli nöqtələrdən təzyiq altında saxlaya bilər. Ayrıca nəqliyyat vasitələrindəki rabitə sistemləri sayəsində vasitədə qalan sursat miqdarı avtomatik olaraq mərkəzə ötürülür.
Günümüzdəki ən güclü özüyeriyən haubitsaya bir nümunə olaraq Cənubi Afrikada istehsal olunan G6-52 və ya tanınan adı ilə 155 mm G6 haubitsasıdır. Bu top çox qısa müddətdə atdığı 6 mərmini eyni zamanda bir hədəfə çox yaxınlaşdıra bilər. Buna ilk mərmini daha uzun uçuşla və son atışı daha qısa uçuş vaxtı ilə atması ilə nail olur. Beləliklə hədəf üzərində daha böyük atəş gücü yaradır. Burada avtomatik mərmi yükləmə sistemi də böyük əhəmiyyətə malikdir
Mərmi ölçüsünün məhdud olmasına baxmayaraq, raket silahları daha uzun məsafəyə və çox daha mürəkkəb mərmilərlə atəş edə bilməzlər. Məsələn, MLRS daha az sursatla daha geniş bir ərazidə təsirli ola bilər.