Kameron Diaz

Kameron Mişel Diaz — (ing. Cameron Michelle Diaz; d. 30 avqust 1972, San-Diyeqo, Kaliforniya, ABŞ) - amerikalı kinoaktrisa və model. Diaz həmçinin "Şrek" animasiya filminin seriyalarında "Şahzadə Fiona" rolunu səsləndirməklə tanınır. 1994-cü ildə çəkilmiş "Maska" filmində oynadığı rol onun ekranlarda ilk çıxışı idi.

Kameron Diaz
ing. Cameron Diaz
Doğum adı Cameron Michelle Diaz
Doğum tarixi 30 avqust 1972(1972-08-30)[1][2][…] (52 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
  • Benci Medden[d] (2015–)
Uşağı
  • Reddiks Medden[d]
Partnyorları
Atası Emilio Diaz[d]
Fəaliyyəti kino aktrisası, aktrisa, model[d], səsləndirmə aktrisası[d], televiziya aktrisası, film prodüseri, icraçı prodüser[d], yazıçı-dokumentalist[d], televiziya prodüseri[d], fotomodel[d]
Fəaliyyət illəri 1990–2016
Təhsili
Boyu 175 sm
Çəkisi 56 kq[4]
IMDb ID0000139
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kaliforniyada anadan olan Kameronun anası Emilio Diaz (1949-2008) burada idxal-ixrac agenti işləyir, atası isə "UNOCAL" neft şirkətinin işçisi kimi fəaliyyət göstərirdi. Diazın atası Kuba-Amerika əsilli idi və əsli İspaniya kubalılarından gəlmə idi (bəzi mənbələrdə isə atasının meksikalı olduğu qeyd olunur). Anası isə yarıingilis, yarıalman idi.

Kameron və böyük bacısı sakit qızlar deyildilər. Onlar ağır musiqiyə qulaq asır, bütün vaxtlarını yerli oğlanlarla keçirir, cinsinə və yaş fərqinə baxmadan xətirlərinə dəyənin cavabını verməkdən çəkinmirdilər. Anaları qızlarının ağır musiqiyə olan həvəslərini sakit qarşılayır, hətta Ozzi Ozbornun, Metallikin və Van Halenin konsertlərinə Kameronla gedirdi.

Uşaqlıqda Kameronun evdə siçan, pişik, quşlar, ilanlar və digər canlılardan ibarət kiçik bir zooparkı var idi. Zooloq olmağı arulayan Kameron aktrisa karyerası barədə heç düşünmürdü.

Diaz 16 yaşında model kimi öz karyerasına başladı. Diazın Elite Model Management moda agentliyi ilə müqaviləsi var idi. Növbəti bir neçə il ərzində o dünyanın aparıcı moda agentlikləri ilə müqavilələr bağladı. O, Calvin Klein və Live`s-in əsas modellərindən biri kimi işləyirdi. Kameronun 17 yaşı olanda - 1990-cı ildə Seventeen jurnalının üz qabığında şəkli çıxdı.

Cim Kerri ilə çəkildiyi "Maska" (1994) filmində uğurlu debütündən sonra, Kameron Diaz Hollivudda tanınır. Peşəkar model hal-hazırda aktrisa kimi kifayət qədər populyardır, bir çox filmlərə çəkilməklə yanaşı, cizgi və animasiya filmlərinin səsləndirilməsində də iştirak edir. Aktrisaya xüsusi populyarlıq gətirən son filmlər arasında "Dəyişik məzuniyyət" və "Bir dəfə Veqasda" filmlərinin adlarını çəkmək olar. 23 iyun 2009-cu ildə Hollivudun məşhur şöhrət xiyabanında aktrisanın adını daşıyan 2386 saylı ulduz peyda olub.

İl Ad Orijinal ad
1994 Maska The Mask
1999 Con Malkoviç olmaq Being John Malkovich
2000 Çarlinin mələkləri Charlie's Angels
2001 Şrek Shrek
2003 Çarlinin mələkləri: Daima irəli Charlie's Angels: Full Throttle
2004 Şrek 2 Shrek 2
2003 Üçüncü Şrek Shrek the Third
2010 Hər zaman Şrek Shrek Forever After
2014 Özgə qadın The Other Woman
  1. Cameron Diaz // filmportal.de. 2005.
  2. Cameron Diaz // FemBio database (alm.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #123340713 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. https://bodyheightweight.com/cameron-diaz-s-body-measurements/. 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]