Üçüncü əsr böhranı ("Hərbi Anarxiya" və ya "İmperator Böhranı" da adlandırılır) eramızın 235–284-cü illəri arasında Roma imperiyasında eyni vaxtda baş verən üç böhran nəticəsində sarsıldığı və az qala dağıldığı dövrə verilən addır. Bu böhranlara xarici işğallar, vətəndaş müharibəsi və iqtisadi süqut daxildir. İnstitutlarda, cəmiyyətdə, iqtisadi həyatda və ən son dinlərdə baş verən dəyişikliklər o qədər dərin və əsaslı idi ki, "Üçüncü Əsr Böhranı" getdikcə daha çox klassik antik dövrü Orta əsrlər və ya Son Antik dövrdən ayıran dövr kimi görünür.
Üçüncü əsr böhranı | ||||
---|---|---|---|---|
| ||||
Tarix | 235–284 (49 il) | |||
Yeri | Roma imperiyası | |||
Nəticəsi | Roma imperiyasının qələbəsi; Roma imperatoru Aurelian həm Palmira, həm də Qalliya imperiyalarını fəth etdi. Böhran Diokletianın yüksəlişi və 284-cü ildə onun islahatları ilə sona çatdı. | |||
Münaqişə tərəfləri | ||||
|
||||
Komandan(lar) | ||||
|
||||
Ümumi itkilər | ||||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Böhran 235-ci ildə İmperator Aleksandr Severusun öz qoşunları tərəfindən öldürülməsi ilə başladı. Sonrakı 50 il ərzində İmperiya barbar basqınlarını, vətəndaş müharibələrini, kəndli üsyanlarını və siyasi qeyri-sabitliyi bir yerdə gördü və bu xaosdan istifadə edən onlarla insan dövlət rəhbərliyinə gəlmək üçün amansız rəqabətə girişdi. Roma sikkələrinin tərkibindəki qızılın miqdarının aşağı salınması hadisəsi öz növbəsində valyutanın ucuzlaşmasına və iqtisadi iflasa səbəb olmuşdur. Ərazilərdəki Roma komandirləri bu böhran mühitindən istifadə edərək müstəqil hərəkət etməyə başlamışdırlar.
Təxminən yarım əsrlik bu dövrdə üç böhran birləşdi ki, bunların hər biri təkbaşına imperiya üçün təhlükə yaradırdı: bu böhranlara xarici işğallar, vətəndaş müharibələri və yüksək hiperinflyasiyanı yaşayan iqtisadiyyat daxil idi. Normal şəraitdə sona çatmalı olan imperiya bir sıra zəhmətkeş imperatorlarun əziyyəti, həmçinin 284-cü ildə Diokletianın imperiyanı iki yerə bölmək cəhdi və digər islahatlar sayəsində sağ qalmağı ömrünü bir qədər də uzatmağı bacarmışdır.
Bu dövrdə imperiyanın başına təxminən 20–25 nəfər gəlmişdir, lakin faktiki sayı mübahisə mövzusudur, çünki eyni vaxtda bir çox adam taxta iddia edirdi. Onların əksəriyyəti imperiyanın bütünündə və ya bir hissəsində hakimiyyəti ələ keçirmiş, orta hesabla cəmi iki-üç il hakimiyyətdə olmuş, döyüş məğlubiyyəti, sui-qəsd və ya öz əcəli ilə ölməsi nəticəsində hakimiyyətini itirmiş görkəmli generallar idilər. Daha sonra Aurelian (AD 270–275) imperiyanı hərbi cəhətdən yenidən birləşdirmişdir. Böhran Diokletian 284-cü ildə Roma imperatorluğunun hökumətini yenidən qurması ilə sona çatmışdır. Bu, Romaya daha 150 il iqtisadi və hərbi cəhətdən sabit formada yaşamağa imkan vermişdir.