Sikkələrin dəyərinin aşağı salınması

Eramızdan əvvəl 64-cü ildə Neronun hakimiyyəti dövründən başlayaraq, romalılar gümüş sikkələrini o qədər tez-tez dəyərini aşağı saldılar ki, eramızın III əsrinin sonlarında onların sikkələrində demək olar ki, heç bir gümüş qalmamışdır.

Sikkələrin dəyərinin aşağı salınması, qiymətli metalların içərisinə daha az qiymətli olanları əlavə edərək həqiqi dəyərinin azaldılması prosesidir. Beləliklə də, üzərində yazılan dəyəri eyni qalsa da, faktiki dəyəri azalır. Məsələn, qızıl üçün "Ayar" anlayışına daxil olan xarici metalların nisbətini də ifadə edir. Ayar nə qədər yüksək olarsa, qızılın nisbəti də bir o qədər yüksəkdir. (24 ayar ən yaxşı keyfiyyətdir.) Qızıla adətən mis əlavə edilir. Ancaq bu vəziyyət, qızılın rəngini dəyişərək qırmızıya çevrilməsinə səbəb olur. Dəyəri aşağı salınmış olan Sikkələrin əsl dəyəri bu gün nəzərə alınmır. Çünki onlar nisbətən dəyərsiz metallardan hazırlanırlar. Əhəmiyyətli olan onun üzərindəki nominal dəyərdir.

Osmanlı İmperiyasında XIX əsrə qədər metal pul və sikkələrdən istifadə edilmişdir. Əsas valyuta akça idi. “Manqır” və ya “pul” adlandırılan mis sikkələr gündəlik alış-veriş üçün keçərli idi. Akça isə gümüşdən idi.

Qızıl pudan böyük biznes ilə məşğul olarkən, ixracat işlərində və əmanətlərin saxlanılması işlərində istifadə olunurdu. Osmanlılar əvvəlcə başqa dövlətlərin qızıl sikkələrini dövriyyədə saxlayırdılar. 17-ci əsrə qədər bu qızıl sikkələrin ən məşhuru zərli qızıl, efrenciyye adlanırılan Venesiya Dukası idi. Misirdən gələn və əşrəfi adlandırılan qızıl sikkələr də dövriyyədə var idi.

Pul sistemi qızılgümüşə əsaslanırdı. Pulun dəyəri bu metalların nisbətinə görə idi. Qızıl və gümüşün qiyməti dəyişdikcə valyuta məzənnəsi, yəni sikkələrin qiyməti də dəyişirdi.

Sikkələrin dəyərinin aşağı salınması prosesində, dövlət dövriyyədə olan sikkələri yığır, onların metal tərkibini azaldır və yenidən bazara çıxarırdı. 18-ci əsrə qədər bu proses, gümüş sikkələrdə edilirdi. 1580-ci il sikkəsində 0,61 q xalis gümüş olarkən, Orxan bəyin dövründəki ilkin sikkələrdə bu dəyər 1,04 q idi. bu isə öz növbəsində 40 faizlik azalma demək idi.

Ən çox yayılmış forması sikkələrin dəyərinin aşağı salınması forması hökumətin bazara daha çox pul çıxararaq əlavə gəlir əldə etməsi hesab olunur. Həm devalvasiya, həm də əlavə pul zərbi. Dövlət məmurlarının alıcılıq qabiliyyəti aşağı düşən zaman yeniçərilərlə birlikdə üsyan qaldırırdılar. Bəylərbəyi hadisəsində Rumeli bəylərbəyiliyində maliyyə işləri ilə məşğul olan Məhəmməd Paşanın başı tələb olunmuş və sultan bu tələb əsasında paşanı asdırmışdır.

Sikkələrin dəyərinin aşağı salınması prosesindən sonra qiymətlərartdığı üçün alıcılıq qabiliyyəti azalır və minimum yaşayış xərcləri artırdı. Bundan əlavə, milli valyutanın bu ucuzlaşması ilə Avropa sikkələri bazara daxil olur və bir müddətdən sonra onların da saxtaları istehsal olunurdu.

Akçe yavaş-yavaş dəyərini itirmiş və istifadə edilməsi üçün tamamilə yararsız hala düşmüşdür. Üç akça dəyərində bir sikkə pul adı ilə zərb etdirilmişdir. 17-ci əsrin əvvəllərində 120 akça dəyərində iri gümüş quruş dövriyyəyə buraxılmışdır. Əsas pul vahidi Osmanlı kuruşu idi. Lakin əsrin sonunda o, 80 faiz dəyərini itirərək devalvasiyaya məruz qalmışdır. Sikkələrin dəyərinin aşağı salınması prosesinin fəsadlarından bəziləri: Dövlət gəlirlərinin əvvəlcə artması, daha sonra isə azalması, xarici dövlətlərin sikkələrinə qaçılması, saxtakarlıq, dövlətin daxili bazardan borc almasının çətinləşməsi, ən əsası isə siyasi müxalifətdir. Dövlət yeniçəriləri məhv etməklə özünün sikkələrin dəyərinin aşağı salınması prosesini davam etdirmişdir.