Ehsan Nuri, digər adı ilə Ehsan Nuri Paşa ( kürd. Îhsan Nûrî Paşa/ئیحسان نووری پاشا ;[1][2] 1892, Bitlis, Bitlis vilayəti – 25 mart 1976, Tehran) — kürd hərbçisi və siyasətçisi, Osmanlı və Türkiyə Ordusunun keçmiş zabiti, Kürd Milli Qüvvələriningeneralissimusu kimi Ağrı üsyanının liderlərindən biri.[3]
Ehsan Nuri | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 25 mart 1976 |
Vəfat yeri | |
Vəfat səbəbi | nəqliyyatın insan üzərindən keçməsi[d] |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | generalisimus |
Vikianbarda əlaqəli mediafayllar |
Ehsan Nuri 1893-cü ildə Bitlisdə atası Əliqulunun evində anadan olmuşdur.[4] O, Cəlali tayfasının bir qolundan idi. İbtidai təhsilini Bitlisdəki Göy Meydan məscidində bitirdikdən sonra Ərzincan Hərbi Məktəbinə qeydiyyatdan keçmişdir. Orta təhsilini başa vurduqdan sonra Osmanlı Hərbi Akademiyasına daxil olmuşdur.[5] Akademiyada olduğu dövrdə kürd tələbələrin "Həvi" birliyinə qoşulmuşdur. 1910-cu ildə bu akademiyanı leytenant rütbəsində bitirərək Osmanlı ordusuna qoşulmuşdur.[6]