Üçgöl filiz təzahürü

Bu filiz təzahürü Üçgöl dağının şimal yamacında yerləşir. Sahənin geoloji quruluşunda üst konyak, alt santon yaşlı andezit tufları iştirak edir. Bu süxurlar şimal-şərq istiqamətli qırılmalar boyu kvarslaşmış, kaolinləşmiş, limonitləşmiş və əzilmişdir. Bu süxurlar qərbdən, cənub-qərbdən andezit-dasit subvulkanik kütlələr ilə təmasdadır. Şimaldan və şimal-şərqdən isə Dördüncü dövr çöküntüləri ilə təmasdadır. Təzahürdə aparılmış geoloji kəşfiyyat işləri nəticəsində götürülmüş sınaqların laboratoriya analizlərində 0,01 q/t. qızıl, 0,01–0,1 q/t. gümüş, 0,01% qurğuşun, 0,01% sink, 0,01% mis təyin olunmuşdur[1].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Elnur İbiş oğlu Səfərov "Kiçik Qafqazın faydalı-qazınti yataqları" Bakı-2012