Üçlər müdaxiləsi

Lyaodun yarımadasının qaytarılması konvensiyası (8 noyabr 1895).

Üçlük müdaxiləsi və ya Üçlər müdaxiləsi (三国干渉, Sanqoku kanşo?) – 1895-ci ildə Rusiya, AlmaniyaFransa tərəfindən Yaponiyaya qarşı həyata keçirilən diplomatik müdaxilə.[1] Müdaxilənin məqsədi Çin-yapon müharibəsi nəticəsində imzalanan Şimonoseki müqaviləsindən sonra Lyaodun yarımadasının Çinə qaytarılması barədə Yaponiyanı məcbur etmək idi.[1]

Qərb dövlətləri Çin-yapon müharibəsinə birbaşa müdaxilə etməsələr də, Şərqi Asiyanın gələcəyi ilə bağlı narahat idilər.[1] Qeyri-stabilliyin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ölkələr arasındakı münasibəti pozacağını düşünən Qərb dünyası Asiyadakı radikal dəyişikliklərə qarşı idi.[1]

Şimonoseki müqaviləsi imzalanmadan qabaq Avropa dövlətləri müqavilənin şərtləri barədə narahat idilər.[1] Onlar Çinin ərazi parçalanması yaşayacağını və Tzin sülaləsinin başa çata biləcəyini düşünürdülər.[1] Nəticədə, Çində xarici dövlətlər arasında kəskin mübarizə başlayacaqdı.[1] 4 aprel 1895-ci ildə yaponlar Tokioya gələn Qərb nümayəndələrinə müvəqqəti sülh şərtlərini göstərdikdən sonra Rusiya naziri bu vəziyyətə müdaxilə olunacağını bildirmişdir.[1] Bu xəbərdarlıq diqqətə alınmamış və müqavilə imzalanmışdır.[1]

Avropa dövlətləri dərhal Lyaodun yarımadasının Çinə qaytarılması üçün hərəkətə keçmişdirlər.[1] Çindəki təsirini itirəcəyindən narahat olan Rusiya Almaniya və Fransanı Yaponiyaya diplomatik təzyiq etməyə dəvət etmişdir.[1] Bu dövlətlərin Şərqi Asiyada və ya Yaponiyaya qarşı konkret strategiyaları olmasa da, Rusiya Şərqi Asiyada özünə aid liman istəyirdi.[1] Birləşmiş Krallıq da müttəfiqliyə dəvət olunsa da, liberal hökumət dəvəti qəbul etməmişdir.[1]

23 aprel 1895-ci ildə Fransa, Almaniya və Rusiya hökumətləri Yaponiya hökumətinə Lyaodun yarımadasının Çinə qaytarılmasını "məsləhət etmişdirlər".[1] Bu müdaxilə Yaponiyada böyük sensasiyaya səbəb olmuşdur.[1] Yaponiya əvvəlcə Avropa dövlətlərinin müqavilə şərtlərinə müdaxilə edə bilməyəcəklərini düşünsə də, Üçlər ittifaqı yaponlara ultimatum təqdim etmişdir.[1] Yaponiya ABŞ və Birləşmiş Krallıqdan dəstək istəsə də, nəticə əldə etməmişdir.[1] Yaponlar müqavilənin qalan hissəsini xilas etmək üçün yarımadanı qaytarmağa razı olmuşdurlar.[1] 5 mayda İto Hirobuminin başçılıq etdiyi hökumət Üçlər ittifaqına bildirmişdir ki, 450 milyon yen təzminat qarşılığında yarımadanı Çinə qaytaracaqlar.[2] Dekabr ayına qədər bütün Yaponiya qüvvələri yarımadadan çəkilmişdir.[2]

1898-ci ildə Rusiyanın yarımadada yerləşən Port-ArturDalyan limanlarını icarəyə götürməsi Yaponiya ilə Rusiya arasında böhrana səbəb olmuşdur.[2] Bu böhran 1904-cü ildə Rus-yapon müharibəsinin başlamasına gətirib çıxarmışdır.[2]

Müdaxilənin Yaponiyada böyük emosional və psixoloji təsiri olmuşdur.[2] Yaponların beynəlxalq münasibətlərə olan baxışlara dəyişmiş, Qərb dövləri kimi siyasi oyunlardan istifadə etməyə başlamışdırlar.[2]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild. Tokio: Kodansha. 1983. ISBN 0-87011-628-2. İstifadə tarixi: 2022.