Übeyd Zəkani

Xacə Nizaməddin Übeydullah əz-Zakani (fars. خواجه نظام الدین عبید الله الزاکانی‎; 13011371, Şiraz), daha çox Übeyd Zəkani (عبید زاکانی) kimi tanınır — Elxanilər dövlətində yaşamış fars şairi. O, fars ədəbiyyatının ən yaxşı satiriklərindən biri hesab olunurdu. Onun ən məşhur əsəri dini riyakarlığa hücum edən siyasi satira olan "Muş-o qorbeh"dir ("Siçan və pişik"). Çox məşhur bir şəxsiyyət olsa da, əsərlərinin əksəriyyətində təxribatçı və ədəbsiz mətnlərdən ibarət olduğu üçün Übeydin yaradıcılığına son vaxtlara qədər az diqqət yetirilirdi.[1] O, Fransa maarifçi yazıçısı Volter ilə müqayisə edilmişdir.

Übeyd Zəkani
Doğum tarixi 1301
Vəfat tarixi 1371
Vəfat yeri
Fəaliyyəti yazıçı, şair
Tanınmış əsərləri Siçan və pişik

Übeyd islam dövrünün əvvəllərində İranın şimalında Qəzvinə köçmüş ərəb qəbiləsi olan Bənu Xəfacənin nəslindən olan Zəkani ailəsindən idi.[1] Zəkani ailəsi iki qoldan ibarət idi; biri din sahəsi ilə seçilir, digəri isə Übeydin mənsub olduğu mülkədar və bürokratlardan ibarət idi.[2] Übeydin özünün 1319-cu ildən əvvəl Qəzvində anadan olduğu güman edilir.[1] İran o zamanlar monqol Elxani hakimiyyəti altında idi və bu dövr geniş şəkildə fars poeziyasının qızıl dövrü hesab olunurdu.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Übeydin əsərlərinin çoxu farsca yazılmışdır. Buna baxmayaraq, onlardan bəziləri ərəbcə də qələmə verilmişdir və bu, onun yüksək səviyyəli təhsilini nümayiş etdirir.[2] Übeydin ən məşhur əsəri dini riyakarlığa hücum edən siyasi satira olan "Muş-o Qorbeh"dir ("Siçan və pişik").[2][3][1] İnsanların dini tənqid etdiyinə görə ölümlə üz-üzə qala biləcəyi bir dövrdə ərsəyə gətirildiyi üçün əsər riskli sayılırdı.[3]

Übeyd fars ədəbiyyatının ən yaxşı satiriklərindən biri hesab olunur.[2][3] O, Fransa maarifçi yazıçısı Volter ilə müqayisə edilmişdir.[2] Britaniya şərqşünası Edvard Qranvil Braunun fikrinə görə, Übeyd "bəlkə də İranda ortaya çıxmış ən görkəmli parodist və satirik yazıçı" idi.[2] Übeyd İrəc Mirzə ilə birlikdə İranın ən məşhur satiriklərindən biri hesab olunur [3]

  • de Bruijn, J.T.P. (2002). "ʿUbayd-I Zākānī". The Encyclopaedia of Islam, Second Edition (12 vols.). Leiden: E. J. Brill.
  • Haidari, A. A. "A Medieval Persian Satirist". Bulletin of the School of Oriental and African Studies. University of London. 49 (1). 1986: 117–127. doi:10.1017/S0041977X00042531. JSTOR 617673.
  • Khorramshahi, Baha'-al-Din. Hafez ii. Hafez's life and times // Encyclopaedia Iranica, Vol. XI, Fasc. 5. 2002. 465–469.
  • Kowsar, Nikahang. Being Funny Is Not that Funny: Contemporary Editorial Cartooning in Iran. 79. Johns Hopkins University Press. 2012. 117–144.
  • Limbert, John. Shiraz in the Age of Hafez. University of Washington Press. 2004. 1–182. ISBN 9780295802886.
  • Meneghini, Daniela. ʿObayd Zākāni // Encyclopaedia Iranica. 2008.
  • Wing, Patrick. Mozaffarids // Encyclopaedia Iranica. 2014.