İrəc Mirzə

İrəc Mirzə (farsca: ایرج میرزا), Cəlalülməmalik (جلال‌الممالک) ləqəbiylə də tanınırdı (1874, Təbriz – 1926, Tehran) — məşhur İran şairi.

İRƏC MİRZƏ
Doğum tarixi oktyabr 1874
Doğum yeri Təbriz
Vəfat tarixi 14 mart 1926(1926-03-14)[1] (51 yaşında)
Vəfat yeri Tehran
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti şair, tərcüməçi, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

İrəc Mirzə şair Qulam Hüseyn Mirzənin oğlu olub və Qacar şahlarının nəslindən idi. O, təhsilini ev şəraitində almış və 15 yaşında ikən fars dilində sərbəst danışırdı. Sonralar fransızrus dilləri ilə də maraqlanmağa başlayır. 1893-cü ildə atasının və həyat yoldaşının vəfatından sonra "şairlər sədri" adına layiq görülür. XX əsrin əvvəllərindən İran konstitusiya islahatında iştirak edir. Sonralar nazirlik və digər hökumət idarələrində çalışmışdır.

İrəc Mirzənin poeziyası həm romantik eşq, həm də satirik mövzuları əhatə edir. Klassik fars ədəbi üslublarına sadiq qalsa da, İrac Mirzə yaradıcılığında bir sıra yeniliklərə də imza atmışdır. Bu yeniliklər əsasən şairin siyasi və mədəni islahatlarda iştirak etməsinin səbəbi idi. Onun ən məşhur şerlərindən bir neçəsi bunlardır: "İblis", "Ana", "Arifnamə", "Qadın təsviri".

İstinadlar[redaktə | mənbəni redaktə et]