`Ülvü Möhsün oğlu Hüseynov (16 aprel 1988, Sabirkənd, Ordubad rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Ülvü Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 aprel 1988 |
Doğum yeri | |
Vəfat tarixi | 7 noyabr 2020 (32 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2009—2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Şuşa uğrunda döyüşlər |
Təltifləri |
|
Ülvü Hüseynov 1988-ci il aprelin 16-da Ordubad rayonunun Sabir kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun kapitanı olan Ülvü Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvü Hüseynov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı snayper gülləsi nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Hüseynov "Qarabağ" ordeni ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ülvü Hüseynov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ülvü Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
<ref>
etiketi; ":VU" adı bir neçə dəfə müxtəlif məzmunla verilib