Sabirkənd (Ordubad)

Sabirkənd (əvvəlki adı: Sabir) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Sabir kəndi Sabirkənd adlandırılmışdır.[2]

Sabirkənd
38°56′ şm. e. 45°50′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 760 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sabirkənd xəritədə
Sabirkənd
Sabirkənd

29 mart 2005-ci ildə Kələntər DizəQoşadizə kəndləri Sabirkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qoşadizə kəndi mərkəz olmaqla, Qoşadizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]

Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var[4].

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 23 km şimal-şərqdə, Ordubad-Naxçıvan avtomobil yolunun sağ kənarında, Arazın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir.

Əhalisi 1128 nəfərdir.[5]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalisi bağçılıq, əkinçilik, heyvandarlıq və meyvəçiliklə məşğuldur.

  1.  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh
  2. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3. "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ nömrəli Qərarı". e-qanun.az (azərb.). e-qanun.az. 29 mart 2005. 24 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.
  4. "Sabirkənd kəndi". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
  5.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.