Ümmü Gülsüm binti Məhəmməd (ərəb. , 603 və ya 604, Məkkə – 10 dekabr 630, Mədinə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı.
Ümmü Gülsüm binti Məhəmməd | |
---|---|
Doğum tarixi | 603 və ya 604 |
Doğum yeri | |
Vəfat tarixi | 10 dekabr 630 |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşları |
|
Atası | Məhəmməd[1][3] |
Anası | Xədicə[1][3] |
Fəaliyyəti | evdar qadın[d] |
Vikianbarda əlaqəli mediafayllar |
O, Məkkədə anadan olmuşdur. O, Əbu Ləhəbin ikinci oğlu Uteybə ilə nişanlanmışdır. Lakin Məhəmməd peyğəmbərlə əmisi Əbu Ləhəb arasında münasibətlər pisləşdiyindən, Əbu Ləhəb nikah münasibəti başlamamışdan əvvəl nikahın ləğvinə təşəbbüs göstərir. Ümmü Gülsüm ilk müsəlmanlardan idi. O, digər müsəlmanlarla birlikdə Məkkədən Mədinəyə hicrət etmişdir. 624-cü ildə bacısı Rüqəyya binti Məhəmməd vəfat etdikdən sonra Osman ibn Əffanın həyat yoldaşı olur. Ümmü Gülsüm və Osmanın övladları olmamışdır. Ümmü Gülsüm atasının ölümündən iki il əvvəl 630-cu ildə vəfat etmişdir.