Ümumdünya Uşaqlar Günü

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) — 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb.[3] Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Növ tarixi
Qeyd olunmağa başlayıb 14 dekabr 1954[1]
Həsr olunub uşaq[2]
Tarix 20 noyabr[2]
un.org/es/observances/wo…
un.org/en/observances/wo…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bayrağı

Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.[4]

BMT tərəfindən 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi[5]", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası[6]" qəbul etmişdir.

BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyası (UHK) uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK demək olar ki, bütün dünyada qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

Eqlantine Gebb

Uşaqların Müdafiəsi Günü 1857-ci ilin iyun ayının ikinci bazar günü Massaçusets ştatının Chelsea şəhərindəki Xilaskarın Universalist Kilsəsinin keşişi Möhtərəm Dr Çarlz Leonard tərəfindən başladı: Leonard uşaqlara və balacalara həsr olunmuş xüsusi xidmət keçirdi. Leonard bu günü Gül Günü adlandırdı, sonradan Çiçək Bazar günü, Uşaq Günü adlandırıldı.

Uşaqların Müdafiəsi Günü ilk dəfə 1920-ci ildə Türkiyə Cümhuriyyəti tərəfindən 23 aprel tarixi ilə rəsmi olaraq milli bayram elan edilib. Uşaqların Müdafiəsi Günü 1920-ci ildən bəri hökumətin və dövrün qəzetlərinin bunu uşaqlar üçün bir gün elan etməsi ilə milli səviyyədə qeyd olunur. Bununla belə, qərara alındı ki, bu bayramı aydınlaşdırmaq və əsaslandırmaq üçün rəsmi təsdiqə ehtiyac var və rəsmi bəyannamə 1929-cu ildə Türkiyə Cümhuriyyətinin qurucusu və Prezidenti Mustafa Kamal Atatürk tərəfindən milli səviyyədə verildi.

1924-cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, "bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Bu bəyənnaməni qəbul edilməsində ilk işlər Eqlantine Gebb tərəfindən edilmişdir.

Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan, Eqlantine Gebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anladı. Bacısı Doroti Bakston köməyi ilə 1919-cu ildə, uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda "uşaqlara yardım fondu"nun əsasını qoydu.[7]

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1925-ci ildə Cenevrədə Uşaqların Rifahı üzrə Ümumdünya Konfransı zamanı elan edilmişdir. 4 noyabr 1949-cu ildə Moskvada Qadınların Beynəlxalq Demokratik Federasiyası tərəfindən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi təsis edilmişdir. 1950-ci ildən etibarən bir çox kommunist və post-kommunist ölkələrində 1 iyun Uşaqların Müdafiəsi Günü kimi qeyd olunur.

1954-cü il dekabrın 14-də Hindistan və Uruqvay tərəfindən BMT Baş Assambleyasında bütün ölkələri Ümumdünya Uşaqlar Gününün təsis edilməsinə təşviq etmək,, uşaqlar arasında qarşılıqlı mübadilə və anlaşmanı təşviq etmək, uşaqların ideallarını təşviq etmək üçün fəaliyyətə başlamaq üçün birgə qətnamə qəbul edildi. 20 noyabr 1959-cu ildə Birləşmiş Millətlər Təşkilatı Uşaq Hüquqları Bəyannaməsini qəbul etdi. 20 noyabr 1959-cu il tarixdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası'nda Uşaq Hüquqları Bəyannaməsini xatırlamaq üçün Ümumdünya Uşaqlar Günü qeyd olunur.

  1. https://documents.un.org/doc/resolution/gen/nr0/098/74/pdf/nr009874.pdf.
  2. 1 2 https://www.un.org/en/observances/world-childrens-day.
  3. "International Children's day". 2012-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-02.
  4. Baş Assambleyanın № 836 (IX) [ölü keçid] saylı qətnaməsi
  5. "United Nations Declaration of the Rights of the Child (1959)". 2012-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  6. "Convention on the Rights of the Child". 2013-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  7. "Geneva Declaration of the Rights of the Child, 1924". 2012-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]